"Bakı Enerji Həftəsi yalnız enerji sektorunun deyil, bütövlükdə iqtisadiyyatın inkişafına xidmət edir" - DEPUTAT

"Bakı Enerji Həftəsi yalnız enerji sektorunun deyil, bütövlükdə iqtisadiyyatın inkişafına xidmət edir" - DEPUTAT"Bu il Azərbaycanın iqtisadi və enerji tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biri - Xəzər Neft və Qaz Sərgisinin 30 illiyi qeyd olunur. 1994-cü ildə təşkil edilən ilk sərgi müstəqil Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası, xarici investisiyaların cəlbi və enerji sektorunun inkişafı baxımından mühüm mərhələnin başlanğıcı olmuşdur.
Təsadüfi deyil ki, həmin dövr Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni neft strategiyası ilə üst-üstə düşürdü. Məhz həmin siyasətin nəticəsində Azərbaycan qlobal enerji bazarının etibarlı iştirakçısına çevrildi, ölkəyə milyardlarla dollar investisiya cəlb olundu və enerji sektorunun inkişafı iqtisadi yüksəlişin əsas hərəkətverici qüvvəsi oldu", - bunları Sonxeber.az -a danışan deputat Azər Badamov deyib:

"Bu gün isə artıq söhbət yalnız bir sərgidən getmir. Xəzər Neft və Qaz Sərgisi 30 il ərzində böyük inkişaf yolu keçərək Bakı Enerji Həftəsi formatına yüksəlib. Bu platforma enerji şirkətlərini, investorları, maliyyə institutlarını, dövlət rəsmilərini və beynəlxalq təşkilatları bir araya gətirən qlobal iqtisadi əməkdaşlıq məkanına çevrilib.
Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzunun göstəricilərindən biri də dünyanın aparıcı dövlət rəhbərlərinin tədbirə göstərdiyi diqqətdir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbir iştirakçılarına ünvanladıqları rəsmi məktublar Azərbaycanın enerji siyasətinə və ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində oynadığı rola verilən yüksək qiymətin göstəricisidir.
Bu gün dünya enerji bazarlarında mürəkkəb geosiyasi proseslər yaşanır. Enerji təhlükəsizliyi artıq iqtisadi təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Avropanın enerji təchizatının şaxələndirilməsi siyasətində ölkəmiz mühüm rol oynayır və Azərbaycan qazı bir sıra dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyət daşıyır.
Eyni zamanda Bakı Enerji Həftəsi yalnız enerji sektorunun deyil, bütövlükdə iqtisadiyyatın inkişafına xidmət edir. Burada əldə olunan razılaşmalar, keçirilən biznes forumlar və B2B görüşlər yeni investisiyaların cəlb olunmasına, texnologiya transferinə, innovasiyaların tətbiqinə və sahibkarlıq fəaliyyətinin genişlənməsinə imkan yaradır.
Xüsusilə diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan artıq ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, yaşıl enerji sahəsində də regional liderliyə iddialıdır. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunub, Xəzər dənizinin nəhəng külək enerjisi potensialının reallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Bu isə Bakı Enerji Həftəsinin gündəliyini daha da zənginləşdirir və tədbiri gələcəyin enerji platformasına çevirir.
Əslində, Bakı Enerji Həftəsinin 30 illik inkişaf yolu Azərbaycanın iqtisadi diplomatiyasının uğur hekayəsidir. Bu tədbir ölkəmizin investisiya cəlbediciliyinin, beynəlxalq tərəfdaşlıqlarının və enerji siyasətinin effektivliyinin göstəricisidir. Bu gün Bakı artıq yalnız enerji istehsalçılarının deyil, həm də enerji siyasətini müəyyənləşdirən mühüm qlobal platformalardan birinə ev sahibliyi edir.
Hesab edirəm ki, Bakı Enerji Həftəsinin növbəti illərdə də inkişafı Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsinə, yeni investisiyaların cəlb olunmasına və ölkəmizin qlobal enerji təhlükəsizliyində rolunun daha da artmasına mühüm töhfə verəcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 473   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pendiri daha uzun saxlamaq üçün sadə üsul

Açıldıqdan sonra tez quruyan pendiri daha uzun müddət təzə saxlamaq üçün sadə bir üsul təklif olunur. Pendiri duzlu suda saxlamaq onun yumşaqlığını və dadını qorumağa kömək edir. Bunun üçün pendiri təmiz qaba yerləşdirib üzərini tam örtəcək qədər soyuq su əlavə etmək və az miqdarda duz qatmaq kifayətdir

2 avqust
.

Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub

Sakit okeanda tək səyahət zamanı itkin düşən ABŞ-li dənizçi Kay Sato 30 günlük dreyfdən sonra sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, dənizçini sahildən yüzlərlə mil aralıda konteyner gəmisinin heyəti xilas edib. Kaliforniyadan olan şəxs 2026-cı ilin 7 iyununda okeanı təkbaşına üzüb keçmə

29 iyul
.

Çağla sevgilisi ilə əl-ələ

Türk model Çağla Şıkel və sevgilisi Mertcan Tunca Çeşmedəki tətillərinə davam edirlər. OLAY yazır ki, ötən axşam gec saatlarda bir məkandan çıxan sevgililər Alaçatı küçələrində əl-ələ gəzərkən kameraların obyektivinə tuş gəliblər. Gülümsəyərək poza verən cütlük daha sonra avtomobillərinə minərək orada

29 iyul
.

Mənzil alarkən minlərlə manat itirə bilərsiniz - Səbəblər

Daşınmaz əmlak almaq insanların həyatı boyunca verdikləri ən mühüm qərarlardan biridir. Lakin bu arzunu reallaşdırarkən edilən kiçik bir səhv sonradan həm ciddi maddi zərərə, həm də uzunmüddətli hüquqi problemlərə səbəb ola bilər. -a istinadla xəbər verir ki, alıcıların böyük əksəriyyəti eyni yanlışlıqlar

1 avqust
.

Dolmalıq üzüm yarpağı alarkən bunlara diqqət edin

Üzüm yarpaqları ilə bükülmüş dolma əsrlərdir Azərbaycan mətbəxinin ən qədim və sevilən yeməklərindən biridir. Dolma sadəcə sadə bir yemək deyil; o, səbr və bacarıq tələb edən kulinariya sənətidir. Lakin, əksər ənənəvi yeməklərdə olduğu kimi, dolmanın uğurun təxminən 70%-i bükülmək üçün seçilmiş üzü

1 avqust
.

Bu marka yarım milyondan çox avtomobilini geri çağırır

Avtomobil istehsalçısı "Ford" mühərrik hissəsində yanğın yaranma riski ilə əlaqədar 565 691 "Bronco"nu və "Bronco Raptor" krossoverini geri çağırmaq qərarına gəlib. xarici mediaya istinadla xəbər verir ki, baxış kampaniyası 2021-2026-cı il buraxılışlı modelləri əhatə edir

27 iyul
.

ABŞ-də yerin altında "südlə" dolu qədim hovuz aşkar edilib - FOTO

ABŞ-nin Nyu-Meksiko ştatında tədqiqatçılar təxminən 210 metr dərinlikdə yerləşən qədim yeraltı su hövzəsi aşkar ediblər. Alimlərin fikrincə, bu hovuz yüzminlərlə il ərzində insan təsirindən kənarda qalıb. xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. Yazılanlara görə, ilk baxışda

28 iyul
.

Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il

İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların

1 avqust
.

Evlənmək istəməyən gənclərin sayı niyə artır? - ARAŞDIRMA

Bir vaxtlar insanın həyat yolu sanki əvvəlcədən çəkilmiş xəritəyə bənzəyirdi: məktəbi bitirmək, işə düzəlmək, evlənmək, sonra da uşaq sahibi olmaq. Bu mərhələlərdən hansısa gecikəndə qohumların, qonşuların, hətta təsadüfi tanışların belə verəcəyi sual hazır idi: "Bəs sən nə vaxt evlənirsən. İnd

2 avqust