Günəşin ürəyindəki ritm dəyişdi: Qlobal rabitə şəbəkələri təhlükə altındadır?
Günəş ilk baxışda sakit və sabit parlayan bir kürə kimi görünsə də, alimlər onun daxilində baş verən proseslərin getdikcə daha qeyri-adi xarakter aldığını bildirir. Helioseysmologiya adlanan xüsusi metod sayəsində 40 ilə yaxın müddətdə toplanan məlumatlar Günəşin daxili quruluşunda əvvəllər müşahidə olunmamış dəyişiklikləri ortaya çıxarıb.
Qaynarinfo-nun məlumatına görə, Birmingem Günəş Titrəyişləri Şəbəkəsi (BiSON) tərəfindən 1987-ci ildən bəri aparılan müşahidələr göstərir ki, ulduzun "ritmik döyüntüləri" ilə səthdə müşahidə edilən aktivlik arasında əlaqə zəifləməyə başlayıb. Normalda 11 illik dövrlərlə dəyişən Günəş fəaliyyəti 25-ci dövrün pik mərhələsini geridə qoysa da, yeni araşdırma daha dərin bir uyğunsuzluğa işarə edir. 23-cü dövrdən bəri ilk dəfə olaraq, daxili titrəyişlər ilə səthdəki günəş ləkələri və aktivlik arasında əlaqə qismən qopub. 24-cü dövrün zəif keçməsi və 25-ci dövrdə də səth aktivliyinin aşağı olması, bu dəyişimin davam etdiyini göstərir.
Daxildə güclü, səthdə zəif aktivlik
Araşdırmalara görə, Günəşin daxilindən gələn sismik siqnallar ulduzun içində güclü maqnit proseslərinin davam etdiyini göstərir. Lakin bu enerji səthə əvvəlki kimi çıxmır və fotosfer qatının daha yaxınında "toplanmış" kimi görünür.
Tədqiqatın rəhbəri professor Bill Çaplin bildirir ki, Günəşin daxili dinamikası aktiv qalmasına baxmayaraq, səthdə müşahidə edilən zəiflik bu enerjinin fərqli şəkildə davranmağa başladığını göstərir. Bu isə ulduzun uzunmüddətli davranış modelində dəyişiklik ehtimalını gündəmə gətirir.
Yale Universitetindən professor Sarbani Basu da bu nəticələri dəstəkləyərək, daxili titrəyişlər və səth aktivliyi arasındakı bu yeni uyğunsuzluğun sadəcə zəifləmə ilə izah edilə bilməyəcəyini vurğulayır.
Yer üçün potensial risklər
Bu dəyişikliklərin Yerə təsiri isə diqqət mərkəzindədir. Günəşdəki maqnit prosesləri gücləndikdə və ya qeyri-sabitləşdikdə, geomaqnit fırtınalar yarana bilər. Bu fırtınalar isə peyklərə, qlobal rabitə sistemlərinə və elektrik şəbəkələrinə ciddi təsir göstərə bilər.
Alimlər bildirir ki, gələcəkdə kosmik hava proqnozlarının daha dəqiq olması üçün Günəşin daxili qatlarında baş verən bu dəyişikliklərin daha yaxşı anlaşılması vacibdir.
2030-cu ildə gözlənilən yeni dövr
Hazırda tədqiqatçılar bu dəyişimin müvəqqəti olub-olmadığını araşdırır. BiSON teleskop şəbəkəsi vasitəsilə 25-ci dövrün qalan mərhələsi və 2030-cu ildə başlaması gözlənilən 26-cı dövr yaxından izlənilir.
Elmi ictimaiyyətin əsas sualı isə dəyişən bu "ritmin" müvəqqəti dalğalanma, yoxsa Günəşin uzunmüddətli yeni davranış rejiminin başlanğıcı olub-olmamasıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 816 Tarix: 03 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ fond indeksləri hərracı enişlə başa vurdu
ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla
15 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrRusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy
17 sentyabrAzadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabr