Müğənnilərin toy qiymətləri müzakirə yaratdı - Əməkdar artistlərdən açıqlama
2026-cı ildə müğənnilərin toy qiymətləri ilə bağlı siyahı açıqlanıb. Siyahıda Xalq artistləri Faiq Ağayev, Brilliant Dadaşova Əməkdar artistlər Abbas Bağırov, Ədalət Şükürov, Elnarə Abdullayeva və digər sənət adamlarının adları yer alıb. Onların yarım saatlıq və tam toy məclisini idarə etmə qiymətləri də qeyd olunub.
Siyahıya əsasən, Əməkdar artist Abbas Bağırov ən bahalı müğənnilərdən biri kimi göstərilir. O, toy məclislərində yarım saatlıq çıxış üçün 6 min, bütöv toyun idarə olunması üçün isə 18 min manat tələb edir.
Məsələ ilə bağlı Abbas Bağırov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:
"Bu rəqəmlər düzdür. Amma mən bu məbləği tək almıram. 18 min manat 21 nəfərlik ansambl üzvləri arasında bölünür. Ansamblın tərkibində Əməkdar artist Ənvər Sadıqov da var. Biz toya tək getmirik. Çoxları elə bilir ki, bu məbləğ yalnız mənə aiddir".
Əməkdar artist Elnarə Abdullayeva da 12 min manat qonorarla bağlı yayılan məlumatlara münasibət bildirib:
"Deyirlər min yeyənin olsun, amma bir deyənin olmasın. İnsanlar nə istəyir, nə axtarır, bilmirəm. Bundan sonra bir milyon da qazansam, yenə danışılacaq. Mən artıq elim, obam, dövlətim üçün nəyi bacarmışamsa, etmişəm. Kasıblıqdan bu yana başımı bulaya-bulaya gəlirəm. İnsanlar başı girməyən yerə bədənlərini soxmağı xoşlayır. Bunu yazmaqla nə dəyişir? Hazırda başım daha çox ustalarla bağlı işlərə qarışıb. Onlar işlərini görüb getsələr, özümü xoşbəxt hiss edərəm".
Azərbaycan yazıçısı, nasir və ictimai xadim Xeyrəddin Qoca da müğənnilərin toy qiymətlərinə münasibət bildirib:
"Müğənnilərin yarım saatlıq və tam toy qiymətləri ilə tanış oldum, heyrətə gəldim. Sözüm yoxdur, pulu olan xərcləsin. Vaxtında oxuyan olsaydıq... Paxıllıq edənin gözü çıxsın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib
Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl
11 sentyabrKamil Zeynallının BAŞINA İŞ GƏLDİ: Onun üçün dua etdi - VİDEO
Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Tailand səfərinə çıxıb. xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə çəkdirdiyi maraqlı görüntüləri paylaşıb. Görüntülərdə rahib əvvəlcə idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua edir. Daha sonra isə əlindəki nazik, süpürgəyə bənzə
5 sentyabr"Komedixana"da tamaşaçının gülüşü aktyorları da güldürdü - VİDEO
"Komedixana"nın buraxılışlarından birində yaşanan maraqlı an sosial şəbəkələrdə müzakirələrə səbəb olub. -ın məlumatına görə, çəkiliş zamanı səhnədə nümayiş olunan səhnəcik zalda əyləşən tamaşaçılardan birinin reaksiyası ilə daha da rəngarəngləşib. Belə ki, qadın tamaşaçının səhnəcik zaman
5 sentyabrLedi Qaqa ana oldu - Foto
Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar
12 sentyabrMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabrRöya Ayxan 80 milyon manata ev alıb? (İDDİA)
Bakıda fantastik qiymətə mənzil satılıb. Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:. "Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hekta
4 sentyabrDünyaca məşhur müğənninin səhnədə ətəyi düşdü
Dünyaca məşhur müğənni Jennifer Lopez son konsertində bədbəxt geyim qəzası yaşayıb. Mahnı oxuyub rəqs etdiyi zaman kostyumu sürüşən sənətçi səhnədə çətin anlarla üzləşib. Onun köməyinə isə rəqqaslarından biri çataraq vəziyyəti qısa müddətdə toparlayıb. xarici mediaya istinadla xəbər verir ki, səhnəd
4 sentyabr"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə
5 sentyabrFatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v
10 sentyabr