Qızıl Yer kürəsinə necə gəlib? - Alimlər TAPDI
Yer üzündəki demək olar ki, bütün qızıl milyardlarla il əvvəl sönmüş ulduzların toqquşması nəticəsində yaranıb.
Lent.az xəbər verir ki, bu barədə "Space Daily" yazıb.
Məlumata görə, 2017-ci il avqustun 17-də Yerdən təxminən 130 milyon işıq ili uzaqlıqda yerləşən NGC 4993 qalaktikasında iki neytron ulduzu milyonlarla il davam edən yaxınlaşmadan sonra toqquşub. Saniyənin kiçik bir hissəsi ərzində baş verən bu hadisə nəticəsində güclü qravitasiya dalğaları yaranıb.
Həmin dalğalar Yerə çataraq LIGO və Virgo rəsədxanaları tərəfindən qeydə alınıb. Bundan bir neçə saat sonra dünyanın müxtəlif teleskopları hadisənin qamma şüalarından radio dalğalarına qədər uzanan elektromaqnit şüalanmasını müşahidə ediblər. GW170817 adlandırılan bu hadisə neytron ulduzlarının birləşməsinin ilk təsdiqlənmiş müşahidəsi kimi tarixə düşüb. Eyni zamanda, astrofizikada uzun illər cavabsız qalan "Kainatdakı qızıl haradan yaranır?" sualına da cavab verib.
Alimlərin hesablamalarına görə, bu toqquşma nəticəsində Günəş kütləsinin təxminən 6 faizinə bərabər ağır elementlər kosmosa səpələnib. Buraya təxminən 200 Yer kütləsi həcmində qızıl, 500 Yer kütləsi həcmində platin, eləcə də uran və dəmirdən ağır digər elementlər daxildir.
Tədqiqatçılar bildirirlər ki, Yer üzərindəki bütün qızıl belə kosmik toqquşmalar nəticəsində yaranıb. Bu hadisələr Günəş sistemi formalaşmazdan milyardlarla il əvvəl baş verib.
Təxminən 4,6 milyard il əvvəl Günəş və planetlər ulduzlararası qaz və toz buludundan yaranıb. Həmin bulud isə daha əvvəl baş vermiş fövqəlnova partlayışları və neytron ulduzlarının toqquşmaları nəticəsində əmələ gələn ağır elementlərlə zənginləşmişdi.
Alimlərin fikrincə, Yerin daxilindəki qızılın böyük hissəsi planetin nüvəsində yerləşir. İnsanların tarix boyu hasil etdiyi qızıl isə ümumi ehtiyatın yalnız kiçik bir hissəsidir. Bu qızılın əhəmiyyətli hissəsinin Yer qabığına sonradan asteroid toqquşmaları nəticəsində çatdığı hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, bu gün bəşəriyyətin istifadə etdiyi hər bir qızıl atomu milyardlarla il əvvəl iki ölü ulduzun toqquşması zamanı yaranıb, daha sonra uzun müddət kosmosda hərəkət etdikdən sonra Yerin tərkibinə daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2476 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabr