"Azərbaycanın zəngin tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti müasir təqdimat üsulları ilə yeni nəsillərə çatdırılmalıdır" - AÇIQLAMA

"Azərbaycanın zəngin tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti müasir təqdimat üsulları ilə yeni nəsillərə çatdırılmalıdır" - AÇIQLAMA"Son illərdə dünyada informasiya müharibələrinin, ideoloji təsir vasitələrinin və qlobal media platformalarının təsir imkanlarının artdığı bir şəraitdə elmi-kütləvi, mədəni-maarif və təhsil yönümlü proqramların hazırlanması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən birinə çevrilib. Bu baxımdan Azərbaycan da istisna deyil. Dövlətin humanitar və informasiya siyasətinin əsas istiqamətlərindən biri cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sağlam ideoloji əsaslar üzərində formalaşdırılmasıdır".

Bu sözləri Sonxeber.az-a Əməkdar jurnalist, Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, elmi-kütləvi və maarifləndirici məzmun təkcə bilik ötürən vasitə deyil, həm də milli kimliyin, vətəndaş məsuliyyətinin və dövlətçilik təfəkkürünün formalaşmasına xidmət edən mühüm platformadır:

"Əgər hər hansı ölkə öz informasiya məkanını keyfiyyətli milli məzmunla zənginləşdirmirsə, həmin boşluğu xarici təsirlər və yad ideoloji mərkəzlər doldurmağa çalışırlar.

Bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri milli dəyərlərlə müasir inkişaf çağırışları arasında düzgün balansın yaradılmasıdır. Hazırlanan proqramlar xalqımızın tarixi yaddaşını, dövlətçilik ənənələrini, mədəni irsini, Qarabağ Zəfərinin yaratdığı yeni milli ruhu və Azərbaycançılıq ideologiyasını geniş auditoriyaya çatdırmalıdır. Xüsusilə, gənclərin milli köklərinə bağlı, eyni zamanda müasir dünyagörüşünə malik vətəndaşlar kimi yetişdirilməsi bu məzmunların əsas missiyalarından biri olmalıdır.

Mən hesab edirəm ki, gələcək dövrdə bir neçə strateji istiqamət prioritet olaraq diqqətdə saxlanılmalıdır. İlk növbədə, rəqəmsal platformalar üçün müasir formatlı, interaktiv və gənclərin maraqlarına uyğun layihələrin hazırlanması vacibdir. Artıq ənənəvi televiziya ilə yanaşı, sosial media, onlayn platformalar və yeni media resursları maarifləndirmə işinin əsas vasitələrindən birinə çevrilib.

İkinci mühüm istiqamət informasiya savadlılığının artırılmasıdır. Dezinformasiyanın və saxta xəbərlərin geniş yayıldığı bir dövrdə vətəndaşların məlumatları təhlil etmək, doğru ilə yanlışı ayırmaq bacarıqlarının inkişaf etdirilməsi dövlət təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Bu məqsədlə maarifləndirici proqramlar media savadlılığı mövzularını daha geniş şəkildə əhatə etməlidir.

Üçüncü istiqamət milli-mədəni irsin təbliğidir. Azərbaycanın zəngin tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti və folkloru müasir təqdimat üsulları ilə yeni nəsillərə çatdırılmalıdır. Çünki qloballaşma şəraitində milli kimliyin qorunmasının ən effektiv yolu onun müasir formada təqdim edilməsidir".

Bəhruz Quliyev onu da vurğuladı ki, elmi biliklərin sadə və anlaşıqlı dillə ictimaiyyətə çatdırılması da xüsusi əhəmiyyət kəsb edir:

"Elm, innovasiya, süni intellekt, texnologiya və müasir inkişaf tendensiyaları ilə bağlı layihələr ölkənin insan kapitalının inkişafına, rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir.

Ümumilikdə, elmi-kütləvi, mədəni-maarif və təhsil yönümlü proqramlar dövlətin humanitar siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu proqramlar yalnız məlumatlandırmaq funksiyası daşımır, həm də milli birliyin möhkəmləndirilməsinə, vətəndaş həmrəyliyinin gücləndirilməsinə, Azərbaycançılıq ideologiyasının təbliğinə və cəmiyyətin intellektual inkişafına xidmət edir. Məhz buna görə də milli maraqlara söykənən, peşəkar və müasir tələblərə cavab verən media məzmununun hazırlanması gələcək dövr üçün əsas prioritetlərdən biri olaraq qalmalıdır".

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması" mövzusuna uyğun olaraq dərc edilir.


Vüsalə İbrahimli

"Azərbaycanın zəngin tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti müasir təqdimat üsulları ilə yeni nəsillərə çatdırılmalıdır" - AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 624   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. Azərtac-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunur:. "Hörmətli konfrans iştirakçıları!

16 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr