Çin kosmos yarışında yeni mərhələyə keçir - FOTO
Çin 2030-cu illərin ortalarınadək Tsinxay əyalətində, hazırda Yer kürəsinin ən güclü optik teleskoplarından birinin tikildiyi Sayşiten dağının zirvəsində dünyanın ən böyük astronomiya mərkəzini yaratmağı planlaşdırır.
Oxu.Az bu barədə "South China Morning Post" (SCMP) nəşrinə istinadən xəbər verir.
Pekində yerləşən Çin Milli Astronomiya Rəsədxanalarının (NAOC) sahə planlaşdırılması üzrə baş elmi rəhbəri Den Litsay bildirib ki, burada diametri 6,5 metrdən 14,5 metrədək olan teleskoplar, eləcə də onlarla daha kiçik müşahidə aparatı fəaliyyət göstərəcək.
"Onların ümumi işıq toplama qabiliyyətinin Havay adalarındakı Mauna-Kea zirvəsində yerləşən teleskopların imkanlarını üstələyəcəyi gözlənilir", - deyə o qeyd edib.
Litsayın sözlərinə görə, dəyəri 2,5 milyard yuan (təxminən 369 milyon dollar) olan 14,5 metrlik Böyük Optik Teleskop (LOT) və 6,5 metrlik çoxobyektli araşdırma teleskopu (MUST) üçün artıq ərazinin hazırlanması, güzgülərin cilalanması və avadanlıqların işlənib hazırlanması prosesinə başlanılıb.
Hər iki teleskopun 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 658 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabr