Fironların mirası: Liviya səhrası şüşəsinin sirri açılır
Şimali Afrikanın quraq ərazilərində milyon illərdir sirrini qoruyan qeyri-adi material yenidən elmi araşdırmaların mərkəzinə düşüb. Misir ilə Liviya sərhədi arasında geniş ərazidə tapılan sarımtıl, şüşəvari bu maddə "Liviya səhrası şüşəsi" kimi tanınır.
Qaynarinfo xəbər verir ki, təxminən 29 milyon il əvvəl formalaşdığı düşünülən bu nadir material qədim Misirdə də istifadə olunub. Məşhur firon Tutanxamonun məzarından çıxarılan zinət əşyalarında da bu şüşədən parçalar aşkarlanıb.
Milano-Bicokka Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat bu materialın kosmik mənşəyinə dair daha güclü sübutlar təqdim edib. Araşdırmada 20 mikrometr ölçüsündə çox kiçik zirkon kristalları analiz edilib. Bu kristalların iç quruluşu son dərəcə yüksək temperatur və ani soyuma prosesini göstərir.
Həddindən artıq temperatur izləri
Alimlərin hesablamalarına görə, zirkonun əriməsi üçün ən azı 2250°C temperatur tələb olunur. Bu isə Yer qabığındakı ən güclü vulkanlardan belə xeyli yüksəkdir. Bu səbəbdən hadisənin adi vulkanik proseslərlə izah olunmadığı bildirilir.
Tədqiqatçılar bu istiliyin ya böyük meteorit zərbəsi, ya da atmosferdə partlayan kosmik cisim nəticəsində yarandığını düşünürlər. Hər iki ssenari səhrada geniş miqyaslı şüşələşməni izah etməyə çalışır.
İki əsas kosmik fərziyyə
Bir qrup alim birbaşa meteorit zərbəsinin səthi əridərək bu şüşəni yaratdığını irəli sürür. Digər qrup isə atmosferdə partlayan böyük kosmik cismin yer səthinə çatmadan güclü istilik dalğası yaydığını və krater qoymadan bu təsiri yaratdığını düşünür.
Bölgədə indiyə qədər aydın bir meteorit kraterinin tapılmaması ikinci ehtimalı gücləndirir, lakin mübahisə hələ də davam edir.
Yeni nəticələr göstərir ki, Liviya səhrası şüşəsi Yer tarixində baş verən ekstremal kosmik hadisələrin izlərini qoruyan təbii bir "arxiv" kimi çıxış edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1865 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrAzadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16 sentyabrVance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi
ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü
16 sentyabr"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabrBu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17 sentyabrABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabr