"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər
İndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə" hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir.
Qaynarinfo xəbər verir ki, qlobal iqlim dəyişikliyi fonunda dünyanın böyük hissəsi istiləşsə də, Qrenlandiyanın cənub-şərqində yerləşən və elmi ədəbiyyatda "soyuq ləkə" və ya "istiləşmə boşluğu" kimi tanınan bölgə diqqət çəkir.
Son araşdırmalar göstərir ki, Şimali Atlantikdəki bu geniş ərazi son onilliklərdə qlobal istiləşmə tendensiyasının əksinə olaraq təxminən 1°C soyuyub.
Britaniya mərkəzli "Metro"nun məlumatına görə, alimlər bu vəziyyətin Atlantik Meridional Dövriyyə Axını (AMOC) adlanan böyük okean cərəyan sisteminin zəifləməsi ilə bağlı olduğunu düşünür.
Bu sistem tropik bölgələrdən gələn isti və duzlu suları Şimali Atlantikə daşıyır, burada soyuyan sular daha dərin qatlara enərək qlobal istilik balansında mühüm rol oynayan "okean daşıma kəməri" yaradır.
Mütəxəssislərin fikrincə, bu sistemdə baş verəcək ciddi dəyişikliklər dünyanın müxtəlif bölgələrində iqlim və hava şəraitinə təsir göstərə bilər.
Kaliforniya Universitetindən iqlim alimi Wei Liu bildirir ki, "soyuq ləkənin" əsas səbəbi atmosferdən çox okean dinamikaları və AMOC sisteminin zəifləməsidir.
Araşdırmalara görə, bu proses Qrenlandiya buzlaqlarının əriməsi nəticəsində okeana qarışan şirin suyun artması ilə daha da güclənə bilər. Bu isə isti Körfəz axınını zəiflədərək ümumi dövranı poza bilər.
Alimlər AMOC sisteminin əsrin sonuna qədər ən az 20 faiz zəifləyə biləcəyini, uzunmüddətli perspektivdə isə tam dayanma riskinin belə istisna olunmadığını bildirir.
İngilis meteoroloq Cim Dalein sözlərinə görə, belə bir ssenari reallaşarsa, Şimali Qərbi Avropada Kanada tipli sərt qışlar, uzun sürən şaxtalar və güclü qar yağışları müşahidə oluna bilər.
Mütəxəssislər həmçinin qeyd edir ki, AMOC-un zəifləməsi təkcə Avropanı deyil, Şimali Amerikanın şərq sahillərində dəniz səviyyəsinin yüksəlməsi, Afrikanın Sahel bölgəsində yağıntıların azalması və Asiyada musson sistemlərinin zəifləməsi kimi qlobal təsirlər də yarada bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1016 Tarix: 10 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrAzadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16 sentyabrVance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi
ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü
16 sentyabr"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabrBu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17 sentyabrABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabr