DÇ-2026: Futbol bayramı başlayır - TƏQVİM

DÇ-2026: Futbol bayramı başlayır - TƏQVİMBu gündən etibarən bütün dünyanın gözü okeanın o tayına, Amerikanın üç ölkəsinə - ABŞ, Meksika və Kanadaya dikiləcək. 11 iyun - 19 iyul aralığında ən çox danışılacaq, ən çox müzakirə olunacaq hadisə dünya çempionatı olacaq. Böyük futbol bayramı Meksikada başlayır. Bakı vaxtı ilə 23:00-da start götürəcək mundialın açılış oyununda Meksika - Cənubi Afrika Respublikası qarşılaşacaq.

DÇ-2026 futbol tarixinin ən geniş coğrafiyalı turniri kimi yadda qalacaq. Belə ki, sayca 23-cü mundiala rekord sayda - 48 komanda qatılacaq.

Qaynarinfo dünya çempionatlarının tarixi və bəzi digər məlumatları təqdim edir:

İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunub.

İndiyədək ən çox dünya çempionu adını Braziliya qazanıb, 5 dəfə. Almaniya və İtaliya 4, Argentina 3, Fransa və Uruqvay 2, İngiltərə və İspaniya isə 1 dəfə dünya çempionu olub.

1998-ci ildən etibarən dünya çempionatlarında 32 komanda iştirak edirdi. FİFA-nın qərarı ilə DÇ-2026-da iştirakçı sayı 48-ə çatdırılıb.

Komandalar 12 qrupa bölünəcək. Hər qrupda 4 ölkə mübarizə aparacaq. Qrup mərhələsindən, 12 qrup qalibi, 12 ikinci yer sahibi və ən yaxşı nəticə göstərən 8 üçüncü yer sahibi olmaqla ümumilikdə 32 komanda pley-off mərhələsinə yüksələcək. Bunun ardınca 1/16 final, 1/8 final, 1/4 final, yarımfinal və final oyunları keçiriləcək. Nəticədə mundialda ümumilikdə 104 oyun baş tutacaq. Bu isə əvvəlki turnirlərdən xeyli çoxdur.

DÇ-2026 16 şəhərdə təşkil olunacaq.

ABŞ: Nyu-York, Los-Anceles, Dallas, Hyuston, Atlanta, Boston, Filadelfiya, Mayami, Sietl, Kanzas-Siti, San-Fransisko

Kanada: Toronto, Vankuver

Meksika: Mexiko, Qvadalaxara, Monterrey

Final oyununun ABŞ-ın Nyu-York ştatındakı "MetLife" stadionunda keçirilməsi planlaşdırılıb.

Turnirdə qrupların tərkibi belədir:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

İlk turun oyun cədvəli belədir.

DÇ-2026

1-ci tur

11 iyun

A qrupu. 23:00. Meksika - Cənubi Afrika

12 iyun

A qrupu. 06:00. Koreya Respublikası - Çexiya

B qrupu. 23:00. Kanada - Bosniya və Herseqovina

13 iyun

D qrupu. 05:00. ABŞ - Paraqvay

B qrupu. 23:00. Qətər - İsveçrə

14 iyun

C qrupu. 02:00. Braziliya - Mərakeş

C qrupu. 05:00. Haiti - Şotlandiya

D qrupu. 08:00. Avstraliya - Türkiyə

E qrupu. 21:00. Almaniya - Kyurasao

F qrupu. 00:00. Niderland - Yaponiya

15 iyun

E qrupu. 03:00. Fil Dişi Sahili - Ekvador

F qrupu. 06:00. İsveç - Tunis

H qrupu 20:00. İspaniya - Kabo-Verde

G qrupu. 23:00. Belçika - Misir

16 iyun

H qrupu. 02:00. Səudiyyə Ərəbistanı - Uruqvay

G qrupu. 05:00. İran - Yeni Zelandiya

I Qrup. 23:00. Fransa - Seneqal

17 iyun

I Qrup. 02:00. İraq - Norveç

J qrupu. 05:00. Argentina - Əlcəzair

J qrupu. 08:00. Avstriya - İordaniya

K qrupu. 21:00. Portuqaliya - DR Konqo

L qrupu. 00:00. İngiltərə - Xorvatiya

18 iyun

L qrupu. 03:00. Qana - Panama

K qrupu. 06:00. Özbəkistan - Kolumbiya


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 738   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək

15 sentyabr
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak

10 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə -a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-də

9 sentyabr
.

Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb

Misirli futbolçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubunda rekorda imza atıb. xəbər verir ki, təcrübəli hücumçu buna "Gənclərbirliyi"ni 5:0 hesabı ilə məğlub etdikləri IV turun oyununda fərqlənməklə nail olub. O, Qara dəniz təmsilçisində Superliqada start heyətində meydan

7 sentyabr