Tükənmişliyə qarşı 5 qızıl tövsiyə

Tükənmişliyə qarşı 5 qızıl tövsiyəSosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın məsuliyyətləri bir çox insanın özünü tükənmiş hiss etməsinə səbəb olur.

Sonxeber.az xəbər verir ki, mütəxəssislər daha sakit və balanslı həyat tərzi üçün bir neçə vacib məsləhət veriblər. Bildirilib ki, son dövrlər xüsusilə yay aylarında "mindfulness" - yəni şüurlu fərqindəlik vərdişlərinə maraq artıb.

Psixoterapevtlər qeyd edib ki, insanların həm şəxsi, həm də peşəkar həyatda yaşadığı tükənmişlik hissi onları gündəlik vərdişlərini yenidən gözdən keçirməyə sövq edir.

Mütəxəssislər tükənmişliyin qarşısını almaq üçün aşağıdakı tövsiyələri verirlər:

1. Açıq havada daha çox vaxt keçirin

Araşdırmalar göstərir ki, təbiətlə təmas insanlarda rahatlıq hissini artırır, stress səviyyəsini azaldır və sinir sisteminin daha sağlam fəaliyyətinə kömək edir.

2. Ekran vaxtını azaldın

Sosial mediada davamlı xəbər və məlumat axını insanın zehni yorğunluğunu artırır. Xüsusilə səhər saatlarında telefondan uzaq qalmaq və günü daha sakit başlamaq tövsiyə olunur.

3. Bədəninizin siqnallarını dinləyin

Mütəxəssislər insanların özlərinə "Daha çox su içməliyəm?", "İstirahətə ehtiyacım var?", "Hərəkət etməliyəm?" kimi suallar verməsinin vacib olduğunu bildirirlər. Düzgün qidalanma, keyfiyyətli yuxu və fiziki aktivlik də önəmli amillər sırasındadır.

4. Şükür etməyi vərdişə çevirin

Hər gün minnətdar olduğunuz üç şeyi yazmaq və ya gün ərzində yaşadığınız xoş hadisələri xatırlamaq ruh halına müsbət təsir göstərir. Araşdırmalara görə, bu vərdiş həyat məmnuniyyətini artırır.

5. Duyğularınıza vaxt ayırın

Loş işıqda sakitləşdirici musiqi dinləmək, xoş qoxular hiss etmək, sevdiklərinizlə vaxt keçirmək və ya bir fincan qəhvə ilə dincəlmək gündəlik stressi azaltmağa kömək edə bilər.

Mütəxəssislər hesab edirlər ki, kiçik dəyişikliklər belə insanların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərə bilər.(axsam.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 650   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?

Uşaqların şəxsi yazışmalarına nəzarət onların yaşından asılı olaraq fərqli yanaşma tələb edir. xəbər verir ki, məktəbəqədər yaşlı və aşağı sinif şagirdlərinin onlayn fəaliyyətinə valideyn nəzarəti vacibdir. Bu yaşda uşaqlar kiberdələduzluq, şəxsi məlumatların paylaşılması və internetdəki digər təhlükələr

25 iyul
.

Hansı ayda doğulan insanlar daha çox yaşayır?

İnsanın doğum tarixi onun sağlamlığına və uzunömürlülüyünə əvvəllər düşünüldüyündən daha çox təsir edə bilər. Alimlər ilin müəyyən dövründə doğulan insanların unikal statistik üstünlüyünün olduğunu aşkar ediblər, belə ki, onların 105 yaşa qədər yaşama ehtimalı xeyli yüksəkdir və ölümcül xəstəliklər

26 iyul
.

Saç niyə düz və ya buruq olur? - Cavab genlərdə gizlənir

Alimlər anadangəlmə saçların niyə düz, dalğalı və ya buruq olmasının səbəbini müəyyən ediblər. Son 20 ildə aparılan tədqiqatlar göstərib ki, saçın formasını əsasən saç follikullarının quruluşu müəyyən edir. Məhz bu bioloji xüsusiyyətlər insanların saç teksturasının fərqli olmasına səbəb olur. xəbər veri

24 iyul
.

Avropada isti hava dalğaları sürətlə artır

Ekstremal hava hadisələrinin, xüsusilə də isti hava dalğalarının daha tez-tez baş verməsi və intensivliyinin artması iqlim dəyişikliyinin əsas əlamətlərindən biridir. xarici mediaya istinadla xəbər verir ki, bu barədə İtaliyanın Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllim

27 iyul
.

Şəxsiyyət vəsiqəsinin fotosunu paylaşanlara xəbərdarlıq: bu halda dələduzluq riski yarada bilər

Türkiyədə mütəxəssislər yeni nəsil çipli şəxsiyyət vəsiqələrində yer alan 6 rəqəmli CAN kodu ilə bağlı vətəndaşlara mühüm xəbərdarlıq ediblər. xarici mediaya istinadla xəbər verir ki, şəxsiyyət vəsiqəsinin foto və ya surəti WhatsApp kimi tətbiqlər vasitəsilə göndərilərkən CAN kodu da görünərsə, bu məluma

24 iyul
.

Dondurulmuş çörək təzəsindən daha faydalıdır

Dondurulmuş çörək təkcə uzun müddət təzə qalmasına və qida israfının azalmasına kömək etmir, həm də sağlamlıq üçün daha faydalı ola bilər. xəbər verir ki, çörəyin dondurulması qida maddələrini məhv etmir. Əksinə, çörək əridildikdən sonra, məsələn, tosterdə qızdırıldıqda nişastanın quruluşu dəyişir v

26 iyul
.

Qarpızların gizli təhlükəsi

Mövsümdən əvvəl satışa çıxarılan qarpızların tərkibində yetişməni sürətləndirən gübrələrin istifadəsi nəticəsində yüksək miqdarda nitrat toplana bilər. xəbər verir ki, bu barədə Dmitri Karpenko "RİA Novosti" agentliyinə açıqlamasında danışıb. D.Karpenkonun sözlərinə görə, yay aylarında bağırsa

26 iyul
.

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

"Məktəbəqədər və aşağı sinif şagirdlərinin onlayn ünsiyyətinə nəzarət etmək həm məqsədəuyğundur, həm də zəruridir". xəbər verir ki, bu mövzuda saytına rusiyalı pedaqoq-psixoloq Şamil Axmadullin məlumat verib. Onun sözlərinə görə, indi bir çox bağça uşağının səsli və videomesajlaşma funksiyas

24 iyul
.

Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər

Alimlər qəhvənin xərçəng, diabet və neyrodegenerativ xəstəliklərdən qoruyucu təsirinin arxasında duran mexanizmi müəyyən ediblər. Araşdırmaya görə, bu təsir orqanizmdə NR4A1 adlı xüsusi reseptorun aktivləşməsi ilə bağlıdır. xəbər verir ki, Professor Stiven Seyfin rəhbərlik etdiyi tədqiqat qrupu müəyyə

24 iyul