Apple 4 məşhur cihazı "istefaya" göndərir
Apple şirkəti kompüter xəttində Intel dövrünü faktiki olaraq başa çatdırıb. Şirkətin yeni macOS 27 Golden Gate əməliyyat sistemi yalnız Apple Silicon çipləri ilə təchiz edilmiş kompüterlər üçün əlçatan olacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qərar son illərin ən böyük texnoloji dəyişikliklərindən biri hesab olunur.
Apple Intel prosessorlu bütün Mac modellərinə dəstəyi sakit şəkildə dayandırıb. Nəticədə, milyonlarla istifadəçi köhnə cihazlarında yeni əməliyyat sistemini quraşdıra bilməyəcək.
Yeniləmə dəstəyi dayandırılan son Intel əsaslı Mac modelləri bunlardır: MacBook Pro 16 (2019), MacBook Pro 13 (2020), iMac 27 (2020), Mac Pro (2019).
Bu cihazlar üçün Intel dəstəyi təqdim edən son əməliyyat sistemi macOS 26 Tahoe olacaq.
Məlumata görə, Apple bununla 2020-ci ildə başladığı Intel prosessorlarından öz istehsalı olan çiplərə keçid prosesini tamamlamağa yaxınlaşır. Şirkətin gələcək əməliyyat sistemləri yalnız M1 və daha yeni Apple Silicon çipləri ilə işləyən Mac kompüterlərində istifadəyə veriləcək.
Mütəxəssislər bildirirlər ki, Intel əsaslı Mac modelləri bir müddət təhlükəsizlik yeniləmələri almağa davam etsə də, zaman keçdikcə yeni funksiyalara və bəzi proqram təminatlarına çıxış imkanlarını itirəcəklər. Bu cihazlar tədricən istifadə müddətinin sonu mərhələsinə keçəcək.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 590 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabr