Abbas Əraqçı: "İran döyüş meydanında ABŞ-yə qalib gəlib, müharibəni bitirməyin vaxtıdır"
İranın xarici işlər naziri Abbas Əraqçı İslam Respublikasının döyüş meydanında Amerika Birləşmiş Ştatlarına qalib gəldiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti nazirin açıqlamalarına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Tehran hərbi üstünlüyə malik olduğu üçün hazırda müharibəni yekunlaşdırmaq üçün ən ideal vaxtdır.
"Vaşinqton xalqımızın və silahlı qüvvələrimizin əzmkarlığı və qəhrəmancasına müqaviməti ilə üzləşdi. Münaqişəni bitirmək üçün ən yaxşı an məhz bizim üstün olduğumuz vaxtdır; biz döyüş meydanında həqiqətən də qələbə qazanmışıq", - deyə nazir bildirib.
İran XİN rəhbəri əlavə edib ki, diplomatik fəaliyyətlər hərbi nailiyyətlərlə sıx bağlıdır. Məhz buna görə də Tehran amerikalılarla sülh sazişi bağlayarkən daha sərfəli şərtlər əldə edəcəyinə ümid bəsləyir.
Qeyd edək ki, bir müddət əvvəl Abbas Əraqçi İran və ABŞ-nin münaqişəyə son qoyacaq memorandumu imzalamağa daha yaxın olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 385 Tarix: 13 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi
ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü
16 sentyabrMərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib
Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə
16 sentyabrABŞ fond indeksləri hərracı enişlə başa vurdu
ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla
15 sentyabrOkeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrTrampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabr