Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün

Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşününSoyuq içkilərlə birlikdə istifadə olunan plastik pipetlər olduqca geniş yayılıb. Plastik pipetlərin demək olar ki, hər kəs tərəfindən istifadə edilməsi isə sadəcə ətraf mühitin çirklənməsinə səbəb olmur. Mütəxəssislər tez-tez istifadə olunan plastik pipetlərin zərərlərini ardıcıllıqla açıqlayıblar. Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünməli olacaqsınız.

Milli.Az xəbər verir ki, çoxumuz kafe və restoranlarda qarşımıza gələn içkilərə düşünmədən bir plastik pipet daxil edirik. Birdəfəlik plastik pipetlər uzun müddətdir ki, qlobal ekoloji müzakirələrin mərkəzində yer alır. Lakin məsələ təkcə təbiəti qorumaqdan ibarət deyil; bu kiçik plastik çubuqlar həzm sistemimizdən diş sağlığımıza, kimyəvi təsirlərdən estetik görünüşümüzə qədər həyatımıza birbaşa təsir edən gizli bir sağlamlıq problemidir.

Fiziki və ya tibbi səbəblərdən pipet istifadə etmək məcburiyyətində olanlar istisna olmaqla, əslində böyük əksəriyyətimiz üçün pipetlər tamamilə lazımsız bir istehlak vərdişindən ibarətdir. Üstəlik, bəşəriyyətin 1960-cı illərdən əvvəl, minilliklər boyu pipetsiz çox rahat yaşaya bildiyini də unutmaq olmaz. Qidalanma mütəxəssisi və diyetoloq Kristi Brisetin apardığı araşdırmalar plastik pipet istifadəsinin sağlamlığımıza vurduğu ciddi zərərləri gözlər önünə sərir. Sizi pipetdən imtina etməyə vadar edəcək ən təsirli səbəblər bunlardır:

Xroniki qaz və şişkinliyin səbəbi
Heç kim gün ərzində özünü narahat edən və sosial mühitdə çətin vəziyyətə salan qaz və şişkinlik hissindən xoşlanmır. Əgər tez-tez bu problemdən şikayət edirsinizsə, səbəbkarı uzaqda axtarmağa ehtiyac yoxdur. Pipet vasitəsilə nə isə içmək, maye ilə birlikdə həzm sisteminizə əlavə və intensiv şəkildə havanın daxil olmasına yol açır. Bu artıq hava isə mədənizdə toplanaraq şişkinlik və qaz sancısı kimi narahatlıqları birbaşa tətikləyir.

Diş çürüklərinə qarşı aldadıcı güvən
Bir çox insan turşulu və ya şəkərli içkilərin dişlərinə zərər verməsinin qarşısını almaq məqsədilə pipetdən istifadə edir. Halbuki reallıq tam tərsinədir. Pipetlə içdiyiniz zaman şəkərli və turşulu maye ağız boşluğunda bərabər paylanmaq əvəzinə, dişlərin müəyyən bir nöqtəsinə daha intensiv və təzyiqlə yönəlir. Bu davamlı və lokal təmas diş minasının sürətlə aşınmasına və beləliklə, çürümə riskinin ciddi şəkildə artmasına zəmin yaradır. Bu zərərli təsiri azaltmağın yeganə yolu pipeti dişlərin tam arxasına yerləşdirməkdir; lakin bu üsul da əksər insanlarda qaytarma refleksini oyadır.

Neftdən gələn gizli kimyəvi maddələr
Əsl üzərində dayanılmalı və narahatlıq doğuran mövzu bu pipetlərin neft məhsullarından istehsal olunmasıdır. Birdəfəlik plastik pipetlərin istehsalında əsasən polipropilen adlı materialdan istifadə edilir. Hər nə qədər qida qurumları (məsələn, FDA) bu materialı müəyyən limitlər daxilində "qida üçün təhlükəsiz" qəbul etsə də, məsələnin pərdəarxası kifayət qədər qaranlıqdır.

Aparılan bəzi araşdırmalar göstərir ki, xüsusilə isti və ya turşulu içkilərlə təmasda olduqda, yaxud günəşin ultrabənövşəyi (UV) şüalarına məruz qaldıqda polipropilen mayeyə kimyəvi maddələr sızdıra bilər. Sızan bu birləşməlerin insan orqanizmindəki estrogen səviyyəsinə və hormonal balansa mənfi təsir göstərdiyi irəli sürülür. Üstəlik, problem təkcə öz stəkanımızla bitmir; təbiətə atdığımız bu plastiklər mikroplastiklərə çevrilərək dəniz məhsulları və istehlak etdiyimiz xörək duzu vasitəsilə boşqabımıza geri qayıdır. Pipet istifadəsini azaltmaq, dolayı yolla öz mikroplastik istehlakımızı da aşağı salmaq deməkdir.

Fərqinə varmadan həddindən artıq şəkər qəbulu
Mütəxəssislərin diqqət çəkdiyi digər bir məqam isə pipetlərin içmə sürətimizi dəyişdirməsidir. Pipet istifadəsi, içkiləri normal stəkandan içməklə müqayisədə çox daha sürətli və fərqində olmadan daha yüksək miqdarda istehlak etməmizə səbəb olur. Bu vəziyyət xüsusilə yüksək kalorili şəkərli içkilərin və spirtli içkilərin qəbulu zamanı porsiya nəzarətini itirməyinizə gətirib çıxara bilər.

Erkən yaşda dodaq qırışları
Sağlamlıq və ekoloji faktorlar sizi hələ də inandırmadısa, bəlkə estetik qayğılar qərarınızı dəyişə bilər. Pipetlə mayeni çəkmək üçün dodaqlarınızı davamlı olaraq büzmək məcburiyyətində qalırsınız. Bu təkrarlanan əzələ hərəkəti zamanla dodaq ətrafında eynilə siqaret çəkənlərdə olduğu kimi incə və qalıcı yaşlılıq cizgilərinin (qırışların) yaranmasına səbəb olur.

Ekoloji araşdırma təşkilatlarının (məsələn, Better Alternatives Now) paylaşdığı analizlərə görə, təbiətdəki plastik çirklənməsinin %7,5-ni təkbaşına pipetlər və içki qarışdırıcıları təşkil edir. Digər bir aktual araşdırma isə dünya miqyasındakı çimərlikləri təxminən 8,3 milyard plastik pipetin çirkləndirdiyini göstərir.

Plastik çirklənməsi nəhəng bir qlobal böhrandır; buna görə də plastik pipet istifadəsini həyatımızdan tamamilə çıxarmaq, birdəfəlik plastik çılğınlığından uzaqlaşmaq və həm özümüz, həm də planetimiz üçün sağlam bir həyat tərzi qurmaq adına əla bir başlanğıc nöqtəsidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 458   Tarix: 13 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr