Milyonlarla insanın yol verdiyi səhv: niyə jalüzləri tam bağlamaq olmaz?

Milyonlarla insanın yol verdiyi səhv: niyə jalüzləri tam bağlamaq olmaz?Qismən qaldırılmış jalüzlər otaqda hava dövranını yaxşılaşdırır, gecə sərinliyinin içəri daxil olmasına kömək edir və bununla yanaşı başqa üstünlüklərə də malikdir. Bir çox insan yatmazdan əvvəl yataq otağını işıqdan və kənar səslərdən qorumaq məqsədilə jalüzləri tamamilə bağlayır.

Lent.az xəbər verir ki, mütəxəssislər bu yanaşmanın həmişə keyfiyyətli yuxu və rahat oyanış üçün ən düzgün seçim olmadığını hesab edirlər.

Mütəxəssislər bildirilir ki, orqanizmin təbii şəkildə oyanması birbaşa səhər işığı ilə əlaqədardır. Gün işığı beyinə yeni günün başlandığı barədə siqnal göndərir və bunun sayəsində insanın oyanması asanlaşır, özünü daha tez gümrah hiss edir.

Əgər jalüzlər tam aşağı endirilərsə, otaq günəş doğduqdan sonra da qaranlıq qalır. Nəticədə, yuxudan ayılmaq çətinləşir və yorğunluq hissi daha uzun müddət davam edə bilər. Məhz buna görə mütəxəssislər jalüzlərin altında bir neçə santimetrlik kiçik boşluq saxlamağı tövsiyə edirlər. Bu, otağın səhərin ilk saatlarından etibarən tədricən təbii işıqla dolmasına şərait yaradır.

Bu üsulun digər üstünlüyü xüsusilə isti havalarda özünü göstərir. Qismən qaldırılmış jalüzlər hava dövranını yaxşılaşdırır və gecə sərinliyinin otağa daxil olmasına kömək edir. Eyni zamanda, gündüz saatlarında günəş şüalarının evi həddindən artıq qızdırmasının qarşısını almaq üçün jalüzləri mümkün qədər aşağı endirmək məsləhət görülür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 459   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr