Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırın

Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırınEvdə internetin sürətini və sabitliyini artırmaq üçün bəzi cihazları routerdən bir qədər uzaqlaşdırmaq kifayət edə bilər. Bir çoxumuz evdə internetin qəfil zəifləməsi ilə qarşılaşmışıq. Belə hallarda ilk ağla gələn internet provayderinə zəng etmək və ya yeni router almaq olur.

Lent.az xəbər verir ki, mütəxəssislər problemin səbəbinin çox vaxt siqnal mənbəyinə həddindən artıq yaxın yerləşdirilən məişət texnikasında gizləndiyini bildirirlər.

Routerdən uzaq saxlamağın tövsiyə olunduğu əsas cihazlar bunlardır:

Videomüşahidə sistemləri və uşaq nəzarət cihazları;

Simsiz səsgücləndiricilər və digər Bluetooth qurğuları;

Smart televizorlar və "ağıllı ev" sistemlərinin elementləri.

Xüsusilə təhlükəsizlik sistemləri və ya ağıllı ev qurğuları fasiləsiz şəkildə məlumatları bulud yaddaşına ötürdükdə problem daha da dərinləşir. Bu, şəbəkənin ötürmə qabiliyyətinə əlavə yük yaradır. Nəticədə onlayn oyunlar donmağa, filmlər isə ləng işləməyə başlayır.

İnternetin əvvəlki sürətini qaytarmaq üçün tarif paketini dəyişmək və ya yeni avadanlıq almaq vacib deyil. Bunun üçün evdə bir neçə sadə dəyişiklik etmək kifayətdir.

Məsafə yaradın. Televizorları, səsgücləndiriciləri və uşaq nəzarət cihazlarını routerdən ən azı bir neçə metr uzaqlaşdırın.

Kabellərdən istifadə edin. Əgər smart televizor və ya oyun konsolu routerə yaxındırsa, onları Ethernet kabeli vasitəsilə birbaşa qoşun. Bu, simsiz şəbəkədəki yükü azaldacaq və smartfonlar, planşetlər, noutbuklar üçün daha sabit bağlantı təmin edəcək.

Router üçün düzgün yer seçin. Routeri mənzilin mərkəzinə, məsələn, dəhlizə yerləşdirmək daha məqsədəuyğundur. Belə olduqda siqnal otaqlar arasında daha bərabər paylanır və az maneə ilə qarşılaşır.

Künclərdən və qapalı yerlərdən uzaq saxlayın. Routeri döşəmədən bir qədər yuxarıda yerləşdirin və onun qalın daşıyıcı divarlar və ya iri mebellərlə əhatə olunmadığından əmin olun.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 573   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr