Onun bir çay qaşığı bütün insanların çəkisindən ağırdır

Onun bir çay qaşığı bütün insanların çəkisindən ağırdırAlimlər kainatda mövcud olan ən sıx maddənin xüsusiyyətlərini açıqlayıblar. Onların hesablamalarına görə, neytron ulduzundan götürülmüş bir çay qaşığı maddənin çəkisi Yer üzündə yaşayan bütün insanların ümumi çəkisindən daha çox olardı.

Lent.az xəbər verir ki, astrofiziklərin bildirdiyinə görə, neytron ulduzu kütləsi Günəşdən 7-20 dəfə böyük olan ulduzların partlayışından sonra yaranır.

Belə ulduz öz yanacağını tükətdikdə nüvəsi öz cazibə qüvvəsinin təsiri altında sıxılaraq diametri cəmi 20 kilometr olan nəhəng bir kürəyə çevrilir. Bu, təxminən kiçik bir şəhərin ölçüsünə bərabərdir. Lakin həmin kiçik həcmdə iki Günəş kütləsinə qədər maddə cəmləşə bilir.

Müqayisə üçün qeyd edilir ki, Yer kürəsində yaşayan təxminən 8 milyard insanın hər birinin orta hesabla 50 kiloqram çəkisi olduğunu nəzərə alsaq, bəşəriyyətin ümumi çəkisi 500 milyon ton təşkil edir. Neytron ulduzundan götürülmüş bir çay qaşığı maddənin çəkisi isə təxminən 2 milyard tona bərabər olardı. Bu da bütün insanların ümumi çəkisindən təxminən dörd dəfə çoxdur.

NASA-nın NICER missiyasının baş tədqiqatçısı Kit Gendro bu sıxlığı belə izah edib: "Əgər Everest dağını şəkər kubu böyüklüyündə bir həcmə sıxışdırmaq mümkün olsaydı, söhbət məhz belə bir sıxlıqdan gedərdi."

Fiziklər xatırladırlar ki, insan bədəni, masa və ya ayaqlarımızın altındakı torpaq kimi adi maddələrin böyük hissəsi əslində boşluqdan ibarətdir. Atomun quruluşu nəhəng stadionun ortasında yerləşən kiçik nüvəni xatırladır. Neytron ulduzlarında isə güclü cazibə qüvvəsi bu boşluqları aradan qaldırır. Elektronlar protonlarla birləşərək neytronlara çevrilir və nəticədə maddə nüvə sıxlığında toplanır.

Alimlərin sözlərinə görə, belə bir maddəni Yerə gətirmək nəzəri cəhətdən belə mümkün deyil. Çünki neytron ulduzunun nəhəng cazibə qüvvəsi olmadan bu maddə dərhal parçalanar və termonüvə bombasının gücünü üstələyən miqdarda enerji ayrılar.

Tarixdə ilk neytron ulduzu 1967-ci il noyabrın 28-də Kembric Universitetinin aspirantı Coselin Bell Börnell tərəfindən təsadüfən aşkar edilib. O, radioteleskopdan əldə olunan kağız qrafikləri təhlil edərkən qeyri-adi siqnallara rast gəlib.

Hazırda alimlərə bir neçə min belə obyekt məlumdur. 2017-ci ildə Yer kürəsindən 130 milyon işıq ili uzaqlığında iki neytron ulduzunun toqquşması nəticəsində saniyənin kiçik bir hissəsində planetimizdə mövcud olan bütün ağır elementlərdən daha çox maddə yaranıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 509   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr