Göyərtini bir həftədən çox təzə saxlamağın yolu
Yay aylarında cəfəri, şüyüd və ya keşniş kimi göyərtiləri təzə saxlamaq bir çox evdar qadın üçün ciddi problemə çevrilir. Zərif quruluşa və yüksək nəm tərkibinə malik olduqları üçün təzə göyərtilər hətta soyuducuda saxlanıldıqda belə ikinci və ya üçüncü gündə solmağa və çürüməyə başlayır. Restoranlarda çalışan peşəkar aşpazlar isə göyərtinin uzun müddət təzə qalmasına kömək edən sadə üsuldan istifadə edirlər.
Lent.az bu üsulu təqdim edir:
Göyərtinin uzun müddət təzə qalması onun düzgün hazırlanmasından başlayır. Əvvəlcə göyərtini bir neçə dəqiqə soyuq su ilə doldurulmuş iri qaba yerləşdirin. Bu zaman qum və digər çirklər qabın dibinə çökəcək. Daha sonra göyərtini əllə ehtiyatla sudan çıxarın. Yuyulduqdan sonra artıq nəmin tamamilə aradan qaldırılması çox vacibdir. Bunun üçün xüsusi göyərti qurutma qurğusundan istifadə etmək olar. Belə bir vasitə yoxdursa, göyərtini yaxşıca silkələyib quru dəsmalın üzərinə sərmək kifayətdir. Yarpaqların üzərində su damcılarının qalmasına yol vermək olmaz. Çünki məhz bu damcılar çürüməyə səbəb olan bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır.
Konteynerdə düzgün şərait yaratmaq
Qurudulmuş göyərtini kağız dəsmala bükün və onun üzərinə az miqdarda soyuq su çiləyin. Kağız dəsmal nəmli olmalı, lakin islanmamalıdır. Əgər ondan su damcılayırsa, məhsul tez xarab ola bilər. Sonra bu bağlamanı plastik qaba və ya dərin kasaya yerləşdirin. Qabın üzərini qida plyonkası ilə örtün və bıçaq və ya diş çöpü vasitəsilə plyonkada bir neçə kiçik dəlik açın. Bu dəliklər hava dövranını təmin edir, bitkilərin "nəfəs almasına" imkan yaradır və kondensatın yığılmasının qarşısını alır. Daha yaxşı nəticə əldə etmək üçün gündə bir dəfə qabı açaraq xarab olmağa başlayan yarpaqları ayırmaq məsləhət görülür.
Təzə göyərtini necə seçmək olar?
Göyərtinin uzun müddət saxlanılması üçün onun təzə olması əsas şərtdir. Buna görə də alış-veriş zamanı məhsulun görünüşünə diqqət yetirmək lazımdır. Yarpaqlar parlaq və vahid yaşıl rəngdə olmalı, üzərində saralmış hissələr, qurumuş uclar və ya tünd ləkələr olmamalıdır. Keyfiyyətli göyərti öz formasını qoruyur, solğun və cansız görünmür. Onun saplaqları elastik və möhkəm olur. Təzə göyərti xoş və təbii qoxuya malik olur. Əgər turşumuş və ya kif qoxusuna bənzər hər hansı qoxu hiss olunursa, bu, məhsulun daşınma və ya saxlanma şəraitinin düzgün olmadığını göstərə bilər. Bu sadə qaydalara əməl etməklə göyərtiləri bir həftədən daha uzun müddət təzə saxlamaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 559 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabr