Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?

Rza ölkə xaricindən təklifləri olduğunu gizlətmədi: "Neftçi"nin qapıçısı nə düşünür?"Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir".

Bu sözləri "Neftçi"nin və millimizin futbolçusu Rza Cəfərov İdmanxeber.az saytına müsahibəsi zamanı bildirib. İdmançı ötən mövsüm barədə danışıb və karyerası ilə bağlı sualları cavablandırıb.

- Mövsümü necə dəyərləndirirsən? Sənin üçün necə keçdi?

- Mövsüm mənim üçün qarışıq keçdi. Açığı, daha çox oynamaq və komandama daha çox fayda vermək istəyirdim. İstədiyim qədər şans qazanmadım, bəzi oyunlarda isə daha yaxşı çıxış edə bilərdim. Amma bütün bunlara baxmayaraq, bu mövsüm mənə həm psixoloji, həm də peşəkar baxımdan çox şey öyrətdi. Futbolda belə dövrlər olur və əsas məsələ işləməyə davam etməkdir.

- Ötən mövsüm "Neftçi"də sənə heç şans verilmədi. Mövsümün əvvəlində Samir Abasov Kenan Piriçə güvəndi, səni qapıda görmədik. Buna görə Abasovu tənqid edənlər də oldu. Sən necə düşünürsən, rəqabətdə Piriçə uduzduğunu qəbul edirsən?

- Futbolda rəqabət normaldır. Qərarı həmişə baş məşqçi verir. Samir müəllim həmin dönəmdə Kenan Piriçə daha çox güvənirdi və mən buna hörmətlə yanaşıram. Mən heç vaxt "niyə o oynayır, mən yox?" düşüncəsində olmamışam. Sadəcə məşqlərdə özümü göstərməyə çalışmışam. Kenan da keyfiyyətli qapıçıdır. Ola bilər ki, həmin dönəmdə məşqçi onun oyun üslubunun komandaya daha uyğun olduğunu düşünürdü. Mən isə hər zaman hazır olmağa çalışmışam.

- Əslində "Qəbələ"yə daha çox oynamaq üçün yollanmışdın. Amma orada da sabit çıxış edə bilmədin. Bunun səbəbi nə idi?

- "Qəbələ"də əsas məqsədim daha çox oyun praktikası qazanmaq idi. Başlanğıc yaxşı olsa da, sonradan müəyyən çətinliklər yarandı. Bəzən futbolçunun ritm tapması üçün ardıcıl oyunlar vacib olur. Müxtəlif səbəblərdən tam stabil çıxış edə bilmədim. Amma bunu bəhanə kimi görmürəm. Öz üzərimdə daha çox işləməli olduğumu bilirəm və bu müddətdən də nəticə çıxarmışam.

- "Neftçi"yə qayıdırsan. Komandada Piriç və Emil Balayev var. Onlarla rəqabət aparacaqsan, yoxsa yenidən icarəyə yollanma ehtimalın var?

- Klubla müqaviləm davam edir. İlk hədəfim "Neftçi" ilə yaxşı bir təlim-məşq toplanışı keçməkdir, daha sonrasını zaman göstərəcək. Təbii ki, rəqabətdən çəkinmirəm. "Neftçi" kimi komandada oynayırsansa, hər mövqedə ciddi rəqabət olur. Əsas məqsədim oynamaq və özümü göstərməkdir.

- Sən gənc yaşında "Neftçi"nin kapitanı və əsas qapıçısı idin. Açıq danışsaq, yenidən komandanın əsas qapıçısı ola biləcəyin hazırda nə dərəcədə realdır?

- Futbolda hər şey hər zaman mümkündür. Sadəcə səbirli olub çox çalışmaq lazımdır. İlk növbədə, bayaq qeyd etdiyim kimi, zədəsiz və yaxşı bir təlim-məşq toplanışı keçmək lazımdır. Daha sonrasına isə inanıram ki, qoyduğum hədəflərə maksimum çata bilərəm.

- Ötən mövsüm adın bir neçə klubla hallanırdı. Rumıniyadan "Dinamo", İrandan "Traktor" və Finlandiyadan HİK komandaları səni istəyirdi. Bildiyim qədəri ilə "Neftçi" səni buraxmadı. Bəs sən nə düşünürdün? Ölkə xaricinə getmək istəyirdin?

- Xaricdən təkliflərim həqiqətən var idi və bu, mənə daha da artıq motivasiya verirdi. Çünki hədəflərimdən biri də ölkəmizi təmsil etmək, həm də fərdi karyeram baxımından böyük addım atmaqdı. Həmin ərəfədə klubumla müqaviləm var idi və buna görə də transfer baş tutmadı. Hazırkı halda hədəfim "Neftçi"də möhkəmlənməkdir və daha sonra şans yarandığı təqdirdə ölkə xaricinə çıxmaq istəyirəm.

- Əgər yayda yenə təklif olsa, hansı qərarı verəcəksən?

- Açığı, indi də müəyyən variantlar var. Ancaq hazırkı hədəfim "Neftçi"də möhkəmlənməkdir və daha sonra şans yarandığı təqdirdə ölkə xaricinə çıxmaq istəyirəm.

- Milliyə dəvət alsan da, Ayxan Abbasov sənə şans vermədi. Bu sənə necə təsir etdi? Baş məşqçinin bununla bağlı səninlə söhbəti oldu?

- Milliyə dəvət almaq hər zaman qürurverici hissdir və mən də çox xoşbəxtəm ki, milli komandanın futbolçusuyam. Əlbəttə, milli forma altında çıxış etmək, istər rəsmi oyun, istər yoldaşlıq görüşü olsun, hər zaman dəyərlidir. Bu toplanışda şans qazana bilmədim və bu, normal haldır. Məşqçilər heyətinin öz baxışı və öz düşüncələri var. Mən də buna hörmətlə yanaşıram. Çalışacağam ki, gələcək toplanışlarda şans qazanım. Bunun üçün isə əlbəttə, səbirli olub çox çalışmaq lazımdır.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 471   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs

"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə

7 sentyabr
.

Ronaldo və Messi eyni komandada oynayacaq - Rəsmi

Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o, Buenos Ayresdəki "La Bombonera" stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib. "İkis

8 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər

İspaniyanın "Real" və Almaniyanın "Bavariya" (Münhen) klublarının sabiq yarımmüdafiəçisi Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər. "Marca"ya istinadən xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" 35 yaşlı kolumbiyalı yarımmüdafiəçiyə 1 illi

9 sentyabr
.

"Fənərbağça" azarkeşi "Beşiktaş"la oyunda ürəktutmadan vəfat edib

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib. "Report"un məlumatına görə, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib. Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığ

6 sentyabr
.

"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund

11 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Misli Premyer Liqasının V turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq. xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəli

8 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr