Beynimiz iki işi eyni anda görə bilir - ABŞ-li alimlərdən yeni kəşf
ABŞ alimləri müəyyən ediblər ki, insan beyni eyni anda iki mürəkkəb tapşırığa diqqət yetirmək, yəni əsl çoxistiqamətli fəaliyyət (multitaskinq) göstərmək xüsusiyyətinə malikdir.
Oxu.Az xəbər verir ki, bu barədə "knife.media" məlumat yayıb.
Əvvəllər alimlər daha çox qısamüddətli perspektivdə məlumatların necə mənimsənildiyini araşdırırdılar. Yeni tədqiqatın müəllifləri isə diqqəti dəyişərək insan beynində baş verən uzunmüddətli dəyişiklikləri izləmək qərarına gəliblər.
Tədqiqatçılar uzunmüddətli eksperiment həyata keçiriblər. Beş-on həftə ərzində onlar könüllülərə müxtəlif avtomobil modellərini tanımağı öyrədiblər. Tədqiqat müddətində iştirakçılar 30 mindən çox standart tapşırıq icra ediblər. Mütəxəssislər sınaqdan əvvəl və sonra fMRT və EEQ vasitəsilə iştirakçıların beynini skan ediblər.
Məlum olub ki, araşdırmanın əvvəlində iştirakçıların beynində mürəkkəb vəziyyətlərdə diqqət və qərar qəbul etməyə cavabdeh olan prefrontal qabıq aktivləşib. Ancaq bir neçə həftədən sonra mərkəzi sinir sisteminin əsas orqanı fərqli şəkildə fəaliyyət göstərməyə başlayıb. Belə ki, tapşırığa köklənmə zamanı artıq prefrontal qabıq deyil, obyektləri, simaları və digər detalları uzunmüddətli yaddaşdan tanımağa kömək edən gicgah qabığı işə düşüb.
"Biz sübut etdik ki, neyron əlaqələri beynin iki tapşırığı eyni vaxtda yerinə yetirə biləcəyi şəkildə dəyişir. Əsl çoxistiqamətlilik (multitaskinq) elə budur", - deyə tədqiqatın aparıcı müəllifi bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 355 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Sakit okeanda tək səyahət zamanı itkin düşən ABŞ-li dənizçi Kay Sato 30 günlük dreyfdən sonra sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, dənizçini sahildən yüzlərlə mil aralıda konteyner gəmisinin heyəti xilas edib. Kaliforniyadan olan şəxs 2026-cı ilin 7 iyununda okeanı təkbaşına üzüb keçmə
29 iyulMəşhur futbolçu evindən çıxarıldı
Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Maykl Olize yaşadığı ev problemini maraqlı addımla həll edib. xarici mediaya istinadən xəbər verir ki, ev sahibi ilə yaşadığı anlaşılmazlıq səbəbindən kirayədə qaldığı evi tərk etmək məcburiyyətində qalan 22 yaşlı futbolçu Münhenin ən nüfuzl
27 iyulAvropada isti hava dalğaları sürətlə artır
Ekstremal hava hadisələrinin, xüsusilə də isti hava dalğalarının daha tez-tez baş verməsi və intensivliyinin artması iqlim dəyişikliyinin əsas əlamətlərindən biridir. xarici mediaya istinadla xəbər verir ki, bu barədə İtaliyanın Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllim
27 iyulDolmalıq üzüm yarpağı alarkən bunlara diqqət edin
Üzüm yarpaqları ilə bükülmüş dolma əsrlərdir Azərbaycan mətbəxinin ən qədim və sevilən yeməklərindən biridir. Dolma sadəcə sadə bir yemək deyil; o, səbr və bacarıq tələb edən kulinariya sənətidir. Lakin, əksər ənənəvi yeməklərdə olduğu kimi, dolmanın uğurun təxminən 70%-i bükülmək üçün seçilmiş üzü
1 avqustAlimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il
İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların
1 avqustFlaminqoların sirri - Niyə bir ayaq üstə dayanırlar?
Flaminqolar uzun illərdir bir ayaq üstə uzun müddət dayanmaq vərdişləri ilə insanların marağına səbəb olur. Alimlər isə bu qeyri-adi davranışın arxasında kifayət qədər sadə səbəbin dayandığını müəyyən ediblər. xarici KİV-ə istinadən xəbər verir ki, əsirlikdə saxlanılan Karib flaminqoları üzərində aparıla
29 iyulMauro İkardi sevgilisi ilə idman zalından görüntülər paylaşdı - VİDEO
Türkiyənin "Qalatasaray" klubunun sabiq ulduz futbolçusu Mauro İkardi şəxsi həyatı və sosial media paylaşımları ilə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, futbolçu sevgilisi, aktrisa China Suárez ilə birlikdə idman zalında məşq etdiyi anları sosial şəbəkə hesabınd
31 iyulQarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?
Qaynadılmış qarğıdalı çoxlarının sevdiyi ləzzətlərdən biridir. Lakin düzgün bişirilmədikdə dənələri quru və sərt qala bilər. Əksər insanlar qarğıdalını sadəcə duzlu suda bişirsə də, onu daha yumşaq, şirəli və ləzzətli edən sadə üsul mövcuddur. xarici mediaya istinadən bildirir ki, mükəmməl qaynadılmı
2 avqust