Trampdan İran rəsmiləri ilə bağlı sərt ittiham: "Çox qeyri-dürüst insanlardır"
ABŞ Prezidenti Donald Tramp İran KİV-ində dərc olunan ABŞ-İran sazişi layihəsinin həqiqətə uyğun olmadığını iddia edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"İranın media vasitəsilə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur. Onların dedikləri, o cümlədən sazişin mövcudluğu ilə bağlı zəif və aciz bəyanatlar həqiqəti əks etdirmir. Onlar çox qeyri-dürüst insanlardır. Onlar üçün xoşniyyətli qarşılıqlı fəaliyyət anlayışı mövcud deyil", - deyə Tramp bildirib.
O həmçinin İranı bir neçə saat əvvəl Hörmüz boğazında Hindistan gəmilərinə hücum cəhdində ittiham edib:
"Onların Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirdiyi və tamamilə dəf edilən hücum qəbuledilməzdir".
Trampın fikrincə, İran hakimiyyəti qısa zamanda daha məsuliyyətli davranmağa başlamalıdır.
Xatırladaq ki, İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair 14 bənddən ibarət memorandumun mətnini "Mehr" informasiya agentliyi dərc edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 343 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur
12 iyulAbbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql
12 iyulABŞ-nin İrana hücumları nə qədər davam edib?
ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını
13 iyulRusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO
Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla
12 iyulHakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12 iyulGürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12 iyulÇində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub
12 iyulİrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub
ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin
12 iyul