Bu məhsulu əkən sərvət qazanır - kilosu 1900 manatdır
Avropanın elit restoranlarında son dövrlərin ən bahalı məhsullarından birinə çevrilən şerbetçiotu cücərtiləri (hop shoots) istehsalçılarına böyük gəlir qazandırır. Məhdud istehsal və çətin yığım prosesi səbəbindən məhsulun qiyməti rekord həddə yüksəlib.
Musavat.com xəbər verir ki, məlumata görə, pivə istehsalında istifadə olunan şerbetçiotu bitkisinin yaz aylarında çıxan təzə cücərtiləri hazırda Avropa bazarında kilogramı 1000 avroya qədər, yəni təxminən 1900 manata alıcı tapır. Dadının yabanı qulançara bənzədiyi bildirilən məhsul lüks restoranların menyularında xüsusi yer tutmağa başlayıb.
Mütəxəssislər bildirirlər ki, bu qədər yüksək qiymətin əsas səbəbi məhsulun çox qısa müddətdə yetişməsi və yalnız əl ilə yığılmasıdır. Cücərtilər ilin müəyyən dövründə toplanır və təravətini çox sürətlə itirdiyi üçün dərhal istehlak edilməlidir.
Şerbetçiotu cücərtilərinin istehsalı da kifayət qədər mürəkkəb hesab olunur. Bitki əsasən vəhşi şəraitdə yetişdiyi üçün genişmiqyaslı və sistemli əkin aparmaq çətindir. Bu isə bazarda məhsulun az olmasına və qiymətin daha da yüksəlməsinə səbəb olur.
Ekspertlərin sözlərinə görə, logistika problemləri də məhsulun nadirliyini artırır. Sürətlə xarab olduğu üçün şerbetçiotu cücərtiləri əsasən yerli bazarlarda və ya istehsalçılarla birbaşa əməkdaşlıq edən restoranlarda satılır. Nəticədə bazara məhsul təqdim edə bilən azsaylı istehsalçılar yüksək qazanc əldə edirlər.
Hazırda şerbetçiotu istehsalçılarının böyük hissəsi pivə zavodları ilə müqavilə əsasında çalışsa da, qastronomiya sektorunda artan tələbat bu nadir məhsulu kənd təsərrüfatının ən gəlirli sahələrindən birinə çevirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 443 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xaricə köçən fenomen adının yerli dildə nalayiq məna daşıdığını öyrəndi
Xaricə köçdükdən sonra soyadının yerli dildə gözlənilməz və kobud məna daşıdığını öyrənən sosial media fenomeni Ana Petcu yaşadıqlarını göz yaşları içində izləyiciləri ilə bölüşüb. Fransız dilində soyadının söyüş və arqo ifadələri ilə assosiasiya olunması səbəbindən tez-tez lağ obyektinə çevrildiyin
29 iyulDinozavrları məhv edən asteroidlə bağlı yeni sirr
Beynəlxalq alimlər qrupu 66 milyon il əvvəl dinozavrların kütləvi məhvinə səbəb olan asteroidin indiyədək hesab edildiyindən daha nadir mənşəyə malik olduğunu müəyyən edib. xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub. Brüssel Aza
27 iyulSmartfonda təyyarə rejimi: Onu hər gün aktivləşdirsəniz, nə baş verər?
Əksər smartfon istifadəçiləri təyyarə rejimindən yalnız uçuş zamanı istifadə edir. Lakin bu funksiya gündəlik həyatda da faydalı ola bilər. Onu bir neçə dəqiqəlik aktivləşdirmək simsiz bağlantıları sürətlə söndürməyə və bəzi rabitə problemlərini aradan qaldırmağa kömək edir. xarici mediaya istinadə
2 avqustMauro İkardi sevgilisi ilə idman zalından görüntülər paylaşdı - VİDEO
Türkiyənin "Qalatasaray" klubunun sabiq ulduz futbolçusu Mauro İkardi şəxsi həyatı və sosial media paylaşımları ilə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, futbolçu sevgilisi, aktrisa China Suárez ilə birlikdə idman zalında məşq etdiyi anları sosial şəbəkə hesabınd
31 iyulAğcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı
Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd
2 avqustMəşhur filmin bəstəkarı evində ölü tapıldı
Fransız DJ. və elektropop musiqiçisi, "Kavinski" kimi tanınan Vensan Belorje Parisdəki evində ölü tapılıb. xarici mediaya istinadla bildirir ki, 50 yaşlı sənətçinin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün prokurorluq araşdırmaya başlayıb. Təcili yardım əməkdaşları hadisə yerində şübhəli he
29 iyulQarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?
Qaynadılmış qarğıdalı çoxlarının sevdiyi ləzzətlərdən biridir. Lakin düzgün bişirilmədikdə dənələri quru və sərt qala bilər. Əksər insanlar qarğıdalını sadəcə duzlu suda bişirsə də, onu daha yumşaq, şirəli və ləzzətli edən sadə üsul mövcuddur. xarici mediaya istinadən bildirir ki, mükəmməl qaynadılmı
2 avqust