Bakı sakinləri TƏŞVİŞDƏ: Yayılan bu sirli həşərat nədir?
Son günlər Bakıda qəribə bir həşərat yayılıb. Dişlədikdən sonra həmin yer şişir, güclü qaşınma yaradır və daha sonra bədəndə allergik reaksiyalar əmələ gəlir. Belə hal özəlliklə, uşaqlarda müşahidə olunur. Bunun uçan qarışqa və ya birə olduğunu deyənlər var. Hətta iddialara görə, xəstəxanalara xeyli müraciətlər də daxil olub.
Bu həşərat nədir? Hansı tədbirlər görülməlidir?
Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu əlamətləri konkret olaraq hər hansı bir həşərat növünə aid etmək mümkün deyil:
"Çünki təsvir edilən əlamətlərə uyğun gələn bir neçə həşərat növü var. Məsələn, qansorucu həşəratlar arasında ağcaqanadların çoxsaylı növləri var və söhbət onlardan birindən gedə bilər. Həmçinin xırda sancan qum milçəklərinin də bu reaksiyalara səbəb olması mümkündür. Bitki bitləri və qanadlı qarışqalar adətən insanı dişləmədiyi üçün bu ehtimallar inandırıcı deyil. Birələr isə uyğun variantlardan biridir. Onlar əsasən ev və həyət heyvanları vasitəsilə yayılır. Taxtabitləri də ehtimal olunan növlər sırasındadır, lakin onlar uçmur, yalnız sıçrayır. Fikrimcə, müşahidə olunan güclü qaşınma, iri şişkinliklər və uşaqlarda daha ağır allergik reaksiyalar daha çox xırda sancan milçəklərin yaratdığı təsirlərə bənzəyir. Uşaqlarda bu reaksiyaların daha kəskin olması onların dərisinin və immun sisteminin daha həssas olması ilə bağlıdır".
Ekoloq bildirib ki, iqlim dəyişikliyi də həşəratların yayılmasına ciddi təsir göstərir:
"İsti havaların daha erkən başlaması, gecələrin isti keçməsi, yağıntılardan sonra yaranan durğun sular ağcaqanadlar və digər qansorucu həşəratlar üçün əlverişli çoxalma şəraiti yaradır. Son illərdə dünyanın bir çox şəhərlərində, o cümlədən Qafqaz regionunda həşəratların aktivlik dövrünün uzandığı, əvvəllər müşahidə olunmayan bəzi növlərin isə yeni ərazilərə yayıldığı qeydə alınır. Temperatur və rütubətin artmasının qansorucu həşəratların populyasiyasını artırdığı barədə mütəxəssis xəbərdarlıqları da var".
C.Bəxtiyarın sözlərinə görə, problemin qarşısının alınması üçün dövlət səviyyəsində kompleks tədbirlərin görülməsi vacibdir:
"Şəhər üzrə müntəzəm dezinfeksiya proqramları həyata keçirilməli, kanalizasiya kollektorları və su hövzələri nəzarətdə saxlanılmalıdır. Yağıntılardan sonra suyun toplandığı ərazilər vaxtında qurudulmalı və durğun suların qalmasına imkan verilməməlidir. Əks halda həmin ərazilərdə həşəratların çoxalması qaçılmaz olur. Həşərat növlərinin monitorinqi və laborator şəraitdə müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Yeni invaziv növlərin vaxtında aşkarlanması üçün ekoloji nəzarət gücləndirilməli, mütəmadi monitorinqlər aparılmalıdır. Əhalinin maarifləndirilməsi istiqamətində kampaniyaların keçirilməsi də vacib tədbirlərdəndir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3694 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrAzərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrBakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabr