Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər - Yeni sistem
Azərbaycanda minlərlə insanın ən böyük arzularından biri ev sahibi olmaqdır. Lakin aşağı əməkhaqqı, mənzillərin yüksək qiyməti və ipoteka kreditlərinin ağır şərtləri bu arzunu reallaşdırmağı çətinləşdirir. Xüsusilə 600-800 manat maaş alan vətəndaşlar üçün həm ilkin ödənişi toplamaq, həm də aylıq kredit ödənişlərini qarşılamaq ciddi problemə çevrilib.
Bəs Azərbaycanda mənzil kreditlərinin faizləri niyə yüksəkdir? Vətəndaşların daha əlçatan şərtlərlə ev sahibi olması üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli vurğulayıb ki, bu gün həm özəl sektor tərəfindən, həm də banklar vasitəsilə vətəndaşlara ipoteka imkanları təqdim olunur:
"Lakin kommersiya ipoteka kreditlərinin faiz dərəcələri kifayət qədər yüksək olduğundan, aztəminatlı və aşağıgəlirli vətəndaşlar üçün bu ödənişləri həyata keçirmək bəzən çətin olur. Bununla yanaşı, ölkəmizdə dövlət tərəfindən də müxtəlif ipoteka və mənzil proqramları həyata keçirilir. İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə güzəştli ipoteka kreditləri təqdim olunur, həmçinin sosial mənzil layihələri çərçivəsində vətəndaşların mənzil əldə etməsi üçün imkanlar yaradılır. Dövlət qulluqçuları və müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştli ipoteka kreditləri 4 faizlə, kommersiya ipotekaları isə daha aşağı şərtlərlə təklif edilir".
İqtisadçının sözlərinə görə, kirayə mənzil mexanizmi də mövcuddur ki, bu sistem vasitəsilə vətəndaşlar mərhələli şəkildə mənzil sahibi ola bilirlər:
"Hesab edirəm ki, hətta orta və aşağı gəlirli vətəndaşlar üçün də bu proqramlar müəyyən imkanlar yaradır. Lakin tələb yüksək olduğundan, bəzi hallarda həmin proqramlardan yararlanmaq çətinləşir və əlçatanlıq problemi yaranır.
Məncə, əsas problemlərdən biri odur ki, bəzi hallarda sosial və güzəştli ipoteka imkanlarından həqiqətən ehtiyacı olan vətəndaşlardan daha çox maddi imkanı yüksək olan şəxslər istifadə edə bilirlər. Buna görə də sosial ipoteka proqramlarında prioritet ilk dəfə mənzil əldə edən vətəndaşlara verilməlidir. Bu, proqramların sosial məqsədinə daha çox xidmət edər və əlçatanlığı artırar".
E.Kərimli deyib ki, sosial və güzəştli mənzil layihələrinin həcmi genişləndirilməli, yeni yaşayış komplekslərinin tikintisi təşviq olunmalıdır:
"Bu halda gənclərin, aztəminatlı ailələrin və aşağı maaş alan vətəndaşların mənzil sahibi olmaq imkanları daha da artar. Bu istiqamətdə artıq müəyyən işlər görülür. Hesab edirəm ki, proqramların əhatə dairəsi daha da genişləndirilsə, ipoteka vasitəsilə mənzil əldə etmək istəyən vətəndaşların sayı artar və onların bu imkanlardan yararlanması daha asan olar. Eyni zamanda, bu imkanların regionlarda da geniş şəkildə əlçatan olması təmin edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5210 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrAzərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrBakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabr