Şahmar Mövsümov: "Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb"
"Son on il ərzində aqrar sahədə mühüm institusional və struktur islahatlar həyata keçirilib. Dövlət dəstəyi mexanizmləri genişləndirilib, müasir infrastruktur yaradılıb, aqroparklar formalaşdırılıb, su təsərrüfatı və meliorasiya sahəsində iri layihələr icra edilib. Artıq kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu aqrar sahədə yeni Dövlət Proqramının tanıtımı ilə bağlı Ağcabədidə keçirilən regional müşavirədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Şahmar Mövsümov bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirədə aqrar sahənin mövcud vəziyyəti ətraflı təhlil edilib, əldə olunmuş nəticələr qiymətləndirilib və qarşıda duran əsas vəzifələr müəyyən olunub. Elə həmin gün Prezident tərəfindən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiqlənib. Bu proqram qarşıdakı beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir.
"Prezidentin tapşırıqlarına uyğun olaraq ölkənin bütün iqtisadi rayonlarında Dövlət Proqramının məqsəd və vəzifələrinin izah edilməsi, yerlərdə mövcud vəziyyətin qiymətləndirilməsi və sahibkarların təkliflərinin dinlənilməsi məqsədilə müşavirələr keçirilir. Bugünkü görüş də həmin prosesin tərkib hissəsidir", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA