Azərbaycançılıq ideologiyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və müstəqilliyimizin ideoloji təməli

Azərbaycançılıq ideologiyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və müstəqilliyimizin ideoloji təməli"Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik məfkurəsini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideologiya Azərbaycan xalqının vahid milli amal ətrafında birləşməsini, dövlətə sədaqətini, milli maraqların qorunmasını və ölkənin davamlı inkişafını təmin edən mühüm mənəvi-siyasi dayaqlardan biridir. Azərbaycançılıq yalnız milli mənsubiyyət anlayışı deyil, eyni zamanda Vətənə bağlılıq, dövlətçilik məsuliyyəti, milli həmrəylik və ümumbəşəri dəyərlərə hörmət fəlsəfəsidir".

Bunu Sonxeber.az-a danışan deputat Mahir Süleymanlı bildirib.

Deputat qeyd edib ki, Azərbaycançılıq ideologiyasının formalaşması zəngin tarixi köklərə malikdir:

"Xalqımız əsrlər boyu öz dilini, mədəniyyətini, adət-ənənələrini və milli-mənəvi dəyərlərini qoruyaraq bugünkü müstəqil dövlətçilik səviyyəsinə gəlib çatmışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik düşüncəsinin inkişafında mühüm mərhələ olmuşdur. Müstəqil dövlət qurmaq, milli iradəni ifadə etmək və Azərbaycan xalqının öz müqəddəratını müəyyənləşdirmək hüququnu reallaşdırmaq ideyası sonrakı nəsillər üçün də əsas siyasi və mənəvi istiqamətə çevrilib.

Azərbaycançılıq ideologiyasının müasir konseptual əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ulu Öndər müstəqilliyimizin ilk illərində ölkənin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və sosial problemlər fonunda milli birliyin qorunmasını, dövlətçilik təfəkkürünün möhkəmləndirilməsini və cəmiyyətin vahid ideya ətrafında səfərbər olunmasını prioritet vəzifə kimi müəyyənləşdirdi. Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycançılıq ideyası dövlət siyasətinin mühüm istiqamətinə çevrildi.

Ulu Öndərin irəli sürdüyü Azərbaycançılıq konsepsiyasının əsas mahiyyəti ondan ibarət idi ki, ölkədə yaşayan hər bir insan milli, dini və etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycanın ayrılmaz hissəsi hesab etməli, dövlətin inkişafına və tərəqqisinə töhfə verməlidir. Bu yanaşma Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına, tolerantlıq mühitinin möhkəmlənməsinə və müxtəlif xalqların nümayəndələrinin vahid cəmiyyət daxilində həmrəyliyinə mühüm töhfə verdi.

Azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlərlə müasir inkişaf prinsiplərinin vəhdətinə əsaslanır. Ana dilimizin qorunması, milli mədəniyyətimizin inkişafı, tarixi irsimizə hörmət, ailə dəyərlərinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi bu ideologiyanın əsas istiqamətlərindəndir. Xüsusilə Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi milli kimliyimizin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır".

Deputat vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq ideologiyası müasir dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri kimi inkişaf etdirilir:

"Dövlət başçısının siyasətində milli maraqların qorunması, suverenliyin möhkəmləndirilməsi, müstəqil xarici siyasətin həyata keçirilməsi, milli birliyin və vətənpərvərlik ruhunun gücləndirilməsi xüsusi yer tutur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, iqtisadi və siyasi imkanlarının genişlənməsi milli dövlətçilik ideallarının praktik müstəvidə reallaşdırılmasının göstəricisidir.

Azərbaycançılıq ideologiyasının ən mühüm sınaqlarından biri Vətən müharibəsi dövründə özünü göstərdi. 44 günlük müharibə zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik və milli iradə bu ideologiyanın cəmiyyət həyatındakı real gücünü bir daha təsdiqlədi. Ordumuzun tarixi Zəfəri yalnız hərbi qələbə deyil, həm də milli özünüdərkin, dövlətə sədaqətin və ümummilli həmrəyliyin təntənəsi oldu. Xaricdə yaşayan azərbaycanlıların Vətənlə həmrəyliyi, informasiya cəbhəsində fəallığı və xalqımızın vahid mövqedən çıxış etməsi Azərbaycançılıq ideyasının coğrafi sərhədləri aşan birləşdirici gücünü nümayiş etdirdi.

2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası müasir tariximizin mühüm hadisəsinə çevrildi. Bu reallıq Azərbaycançılıq ideologiyasının əsas sütunlarından olan vahid dövlətçilik, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinin əhəmiyyətini daha da artırdı. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı xalqımızın tarixi torpaqlarına qayıdışını təmin etməklə yanaşı, milli həmrəyliyin və dövlətçilik iradəsinin təcəssümüdür.

Azərbaycançılıq ideologiyası yalnız ölkə daxilində yaşayan vətəndaşları deyil, dünyanın müxtəlif ölkələrində məskunlaşmış milyonlarla azərbaycanlını da vahid milli məfkurə ətrafında birləşdirir. Dünya azərbaycanlılarının həmrəyliyi, milli maraqların müdafiəsində birgə fəaliyyət göstərməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması bu ideologiyanın mühüm tərkib hissəsidir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının öz xalqının tarixinə, dilinə, mədəniyyətinə və dövlətinə bağlılığı milli kimliyimizin qorunmasına xidmət edir.

Müasir dövrdə Azərbaycançılıq ideologiyasının qarşısında duran əsas vəzifələrdən biri də gənc nəslin milli ruhda, yüksək intellektual səviyyədə və vətəndaş məsuliyyəti ilə yetişdirilməsidir. Qloballaşma, rəqəmsal informasiya mühiti və müxtəlif ideoloji təsirlərin gücləndiyi bir şəraitdə gənclərin milli kimliyini qoruması xüsusi əhəmiyyət daşıyır. Bunun üçün təhsil müəssisələrində dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərin, Azərbaycan dilinin və mədəni irsin təbliği gücləndirilməli, gənclərin vətənpərvərlik ruhunda formalaşmasına xüsusi diqqət yetirilməlidir".

Deputat söyləyib ki, Azərbaycançılıq ideologiyası heç bir ayrı-seçkiliyi qəbul etməyən, dini və etnik müxtəlifliyi milli zənginlik kimi dəyərləndirən bir düşüncə sistemidir:

"Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq və birgəyaşayış ənənələri ölkəmizin beynəlxalq miqyasda multikulturalizm məkanı kimi tanınmasına şərait yaradıb. Bu baxımdan Azərbaycançılıq milli kimliyi qorumaqla yanaşı, müxtəlif mədəniyyətlər arasında dialoqu, qarşılıqlı hörməti və əməkdaşlığı təşviq edir.

Azərbaycançılıq ideologiyası Azərbaycanın müstəqilliyinin, dövlət suverenliyinin, milli birliyinin və gələcək inkişafının ideoloji təminatıdır. Bu ideologiya keçmişimizdən güc alaraq bu günümüzü formalaşdırır və gələcəyimizə istiqamət verir. Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlar şəraitində inkişaf etdirilir. Azərbaycançılıq ideyası ətrafında birləşən xalqımızın əsas hədəfi güclü, müstəqil, suveren və beynəlxalq nüfuzu daim artan Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsidir.

Çünki Azərbaycançılıq sadəcə bir ideologiya deyil, hər bir azərbaycanlının Vətən qarşısında məsuliyyətini, milli qürurunu, dövlətinə sədaqətini və gələcəyə inamını ifadə edən ümummilli məfkurədir. Bu məfkurənin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur".

P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir

Azərbaycançılıq ideologiyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və müstəqilliyimizin ideoloji təməliAysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 249   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Azərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq

Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə

17 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

15 noyabr
.

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada

17 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr