"Emosiyaları boğmaq yox, idarə etmək lazımdır" - AÇIQLAMA
"Bəzi insanlar düşünür ki, emosiyaları idarə etmək hissləri boğmaq deməkdir. Xeyr, bu belə deyil. İnsan öz hisslərini tanımalı, anlamalı və onları uyğun şəkildə ifadə etməyi bacarmalıdır".
Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, insan hiss etdiklərini nə qədər dəqiq tanıyırsa, impulsiv davranış ehtimalı da bir o qədər azalır:
"Bəzən buna "təmkinli" və ya "çox mədəni insan" deyirlər. Əslində isə bu cür görünən insan hisslərinin fərqindədir və emosiyalarını basdırmır, onları idarə etməyi bacarır.
Bəzi insanlar "mən əsəbiyəm" mesajını ətrafa yaymaqla əslində diqqət çəkməyə çalışırlar. Xüsusilə bizim cəmiyyətdə öz əsəbiliyini nümayiş etdirməklə diqqət çəkmək, özünü mərkəzə qoymaq və qarşı tərəfi susdurmaq kimi manipulyativ davranışlara tez-tez rast gəlinir.
"Mən əsəbiyəm" hissini "özümü haqsızlığa uğramış hiss edirəm" düşüncəsi ilə əvəz edib onu daha dəqiq müəyyənləşdirdikdə, insanın həm vəziyyətə, həm də özünə yanaşması dəyişir.
Ani emosional partlayışlara isə çox vaxt emosiyaların uzun müddət boğulması, stress, yuxusuzluq, fiziki yorğunluq və emosional nəzarətin zəifləməsi səbəb olur.
Hesab edirəm ki, gələcəkdə cəmiyyətin daha sağlam təfəkkürə sahib olması üçün təhsilin ilk iki ili emosiyaların tanınmasına və idarə olunmasına, eləcə də mənəviyyat və mənəvi dəyərlərin aşılanmasına həsr edilməlidir. Çünki cəmiyyətdə insanların böyük bir hissəsi hiss etdiyi duyğunun adını belə dəqiq ifadə edə bilmir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 392 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabrƏhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabr