Sosial mediada etiraz dalğası yaradan iş elanı - FOTO
Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda fəaliyyət göstərən bir şirkətin ofis üzrə inzibati köməkçi vakansiyası üçün paylaşdığı iş elanı geniş müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, elana əsasən, vakansiyaya yalnız 18-40 yaş aralığında olan qadın namizədlər müraciət edə bilər. İş elanında namizəd üçün irəli sürülən bəzi tələblər isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Belə ki, elanda əməkdaşın "açıq geyim tərzinə üstünlük verməsi" və işgüzar səfərlərdə rəhbəri müşayiət etməsi şərt kimi göstərilib. Bundan əlavə, vakansiyada məxfilik məsələsinə xüsusi vurğu edilməsi diqqət çəkib.
İş elanında təklif olunan maaşın 135 min türk lirəsinə qədər olması müzakirələri daha da artırıb. İstifadəçilər elanda qeyd olunan qeyri-adi tələblərin və yüksək əməkhaqqının vakansiyanın əsl məqsədi ilə bağlı suallar yaratdığını bildiriblər.
Sosial şəbəkələrdə çoxsaylı istifadəçi sözügedən elanı tənqid edərək, bunun əmək bazarında etik normalara uyğun olmadığını qeyd edib.
Vakansiyada yer alan şərtlər və məxfilik tələbi ictimaiyyətdə şübhələr doğurub və "Burada əsl məqsəd nədir?" sualını gündəmə gətirib.
Məsələ ilə bağlı şirkətin rəsmi açıqlaması hələlik yayılmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 400 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr