"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA
Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri də müzakirə ediblər:
"Həyata keçirilən sülh və normallaşma prosesinin regionumuza gətirəcəyi sabitliyin və regional əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq etdik. Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnunluq duyuruq".
"Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər Cənubi Qafqazın yeni geosiyasi reallıqlarının regional güclər tərəfindən qəbul edilməsi və institusionallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Fidanın Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnunluğunu Moskva tribunasından ifadə etməsi Türkiyənin sülh arxitekturasında təkcə tərəfdaş deyil, həm də prosesi rasional dəyərləndirən qüvvə olduğunu göstərir. Fidanın qeyd etdiyi ticarət marşrutlarının genişləndirilməsi, enerji və logistika sahələrində qarşılıqlı fayda prinsipi (win-win) Ermənistanın da regional iqtisadi izolyasiyadan çıxaraq bu yeni təhlükəsizlik şəbəkəsinə inteqrasiya olunmasını hədəfləyir. Bu yanaşma iqtisadi qarşılıqlı əlaqələr vasitəsilə gələcək münaqişə risklərini minimallaşdırmağı nəzərdə tutan modern beynəlxalq münasibətlər doktrinasına tamamilə uyğundur. Digər tərəfdən, bəyanatda xüsusi yer ayrılan "3+3" regional əməkdaşlıq platformasına edilən istinad regional inklüzivliyin (bütün tərəflərin iştirakının) təmin olunması üçün strateji alətdir. Bu, region dövlətlərinin öz taleyini özlərinin təyin etməsi prosesini stimullaşdırır, kənar geosiyasi manipulyasiyaların və yeni süni gərginlik ocaqlarının yaradılmasının qarşısını alır. Nəticə etibarilə, bu bəyanat Türkiyə və Azərbaycanın sülh vizyonunun regional miqyasda qəbul olunduğunu və Cənubi Qafqazın qarşıdurma deyil, ortaq rifah zonasına çevrilməsi prosesinin geri dönməz xarakter aldığını təsdiqləyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO