Rasim İldırım və Zaur Mirzə-Zadə həbs edildi
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Fəxri Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əlbir olaraq iş adamı Qurban Piriyevin yarım milyon manat pulunu və 34 minlik qızılını ələ keçirmələrinin sübut edildiyini elan edib. Dəymiş ziyanın böyük hissəsi ödənilməyib.
Hökmə əsasən, müttəhimlər ayrı-ayrılıqda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Rasim İldırım 9 il 9 ay 14 gün, Zaur Mirzə-Zadə 10 il 3 ay 13 gün, Qoşqar Məmmədov isə il 9 il 9 ay 16 gün azadlıqdan məhrum edilib. Onlar üçü də məhkəmə zalında dərhal həbs ediliblər.
Xəbəri rus dilində oxuyun: В Баку осудили экс-замначальника полиции и его сообщников
Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadədədir. Zaur Mirzəzadə İctimai Maarif Mərkəzinin, eyni zamanda "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, daha əvvəl də dələduzluğa görə məhkum edilmişdi. Sonuncu müttəhim Qoşqar Məmmədov isə əvvəllər Balakən rayon seçki komissiyasının sədri işləyib. Onlar zərərçəkmiş Piriyevi rayonlardan birinə icra başçısı təyin edəcəkləri vədi ilə aldadıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 592 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü
Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin
18 noyabrGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabr"Changan" idarəetməni itirərək səkiyə çıxdı
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya
18 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabr