Aİ azərbaycanlı iş adamına və Sumqayıt şirkətinə sanksiya qoydu
Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni sanksiyalar paketinə 34 şəxs və 47 qurumu daxil edib.
"Unikal" xəbər verir ki, məhdudiyyətlər Brüsselin Rusiya hərbi-sənaye kompleksi, neft ixracı, "kölgə donanması"nın fəaliyyəti, hərbi texnika və dronların istehsalı və təchizatı ilə əlaqəli hesab etdiyi qurum və şəxsləri hədəf alıb.
Sanksiya tətbiq edilən şəxslər arasında azərbaycanlı iş adamı Tahir Qarayev də var. Bundan əlavə, Aİ-yə görə, "kölgə donanması" gəmilərindən istifadə etməklə də daxil olmaqla, Rusiya neft və neft məhsullarının daşınması və ixracı ilə məşğul olan 24 təşkilata məhdudiyyətlər tətbiq edilib.
Sanksiyalar siyahısına Sumqayıtda qeydiyyatdan keçmiş "Global Ship Solutions LLC" şirkəti də daxildir. Aİ sənədlərinə görə, şirkət "Fulger", "Deneb" və "Odune" gəmilərinin texniki idarəçiliyi ilə məşğuldur. Brüssel iddia edir ki, bu gəmilər Rusiya neft və neft məhsullarının daşınması üçün istifadə olunub və avtomatik gəmi identifikasiya sistemlərinin manipulyasiya olunmasında iştirak edib.
Aİ qərarında qeyd olunur ki, şirkət Rusiya enerji məhsullarının daşınması ilə məşğul olan gəmiləri idarə edir və Avropa hakimiyyət orqanlarının fikrincə, Beynəlxalq Dəniz Təşkilatı tərəfindən yüksək riskli gəmiçilik təcrübələri kimi təsnif edilən fəaliyyətlərlə əlaqələndirilir.
Xüsusilə, texniki meneceri "Global Ship Solutions MMC" olan "Odune" tankerinin adı çəkilir. Bu gəmi artıq 2025-ci ildə Avropa İttifaqı və Birləşmiş Krallığın sanksiya siyahılarına daxil edilmişdi. Onun kommersiya meneceri Azərbaycanda qeydiyyatdan keçmiş "Night Moon Navigation MMC" şirkəti kimi siyahıdadır.
Azərbaycan şirkətindən əlavə, sanksiyalar Rusiya, Liberiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Honkonqda qeydiyyatdan keçmiş təşkilatlara da şamil olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 328 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr