Səbinə Əliyeva: "Süni intellekt sistemləri insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır"
"Müasir dövrdə insan hüquqları gündəliyi ənənəvi hüquq və azadlıqların müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində formalaşan yeni hüquqi, etik və institusional çağırışlara adekvat cavab mexanizmlərinin yaradılmasını da zəruri edir".
Sonxeber.az-ın məlumatına görə, bunu "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, süni intellektin inkişaf tempi və təsir dairəsi əvvəlki texnoloji mərhələlərdən fərqli olaraq daha geniş, daha sürətli və kompleks xarakter alıb:
"Artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətlərində, media və informasiya mühitində, habelə hüquq-mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilmişdir. Odur ki, süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır.
Bu baxımdan milli insan hüquqları təsisatlarının, xüsusilə ombudsman institutlarının üzərinə mühüm vəzifələr düşür. Bu təsisatlar pozulmuş hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli töhfə verirlər.
Azərbaycan Ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir, dövlət proqramlarının icrası prosesinin təhlilini, habelə müvafiq sahədə təşviqat fəaliyyətini həyata keçirir", - deyə S. Əliyeva vurğulayıb.
Ombudsman əlavə edib ki, bu gün qarşımızda duran əsas məsələ süni intellekt sahəsində müasir çağırışların təhlili və yarana biləcək risklərin effektiv idarə olunması istiqamətində ortaq yanaşmaların və səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır:
"Qeyd olunan hədəflərə nail olmağımız beynəlxalq həmrəylik, çoxtərəfli əlaqələr və ümumi hüquqi çərçivələrin inkişaf etdirilməsi əsasında mümkündür. Bu baxımdan Sammitdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, akademik dairələrin, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəlməsi süni intellekt və insan hüquqları sahəsində qarşıda duran vəzifələrin müzakirəsi, ümumi yanaşmaların və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli imkanlar yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO