Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu - VİDEO
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod" da zərər görüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.
Merin sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulan dronlardan birinin qalıqları "Sadovod" ticarət kompleksinin binalarından birinə ziyan vurub:
"Ticarət mərkəzinin ərazisinə qalıqların düşməsi nəticəsində binalardan birində kiçikmiqyaslı dağıntılar qeydə alınıb. İnsident nəticəsində xəsarət alan yoxdur. Hazırda qalıqların düşdüyü yerdə bütün operativ və fövqəladə hallar xidmətləri aktiv şəkildə işləyir".
Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur "Sadovod" ticarət kompleksi "Kiyevskaya ploşad" (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan - Quba rayonunun Qırmızı qsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir.
Xatırladaq ki, onların rəhbərlik etdiyi şirkət uzun illərdir ki, ən çox gəlir gətirən daşınmaz əmlakların reytinqində birinciliyi əldən vermir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4063 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Karantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrAzərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v
16 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr