Abşeron xəstəxanasında niyə KT avadanlığı yoxdur? - TƏBİB-dən AÇIQLAMA

Abşeron xəstəxanasında niyə KT avadanlığı yoxdur? - TƏBİB-dən AÇIQLAMAMəlum olduğu kimi, iki gün əvvəl vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Bakı-Sumqayıt yolunda motosikletlə ağır qəzaya düşərək həlak olub.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün açıqlama verən vəkil övladını ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırdığını, lakin orada müayinə üçün KT (kompüter tomoqrafiyası) cihazının olmadığını açıqlamışdı.

"Qızım xəstəxanaya çatdırıldı. Mən təəssüflə bildirirəm ki, onu transport etmək mümkün deyildi. Abşeron RMX-də KT aləti yoxdur. Biz onu tərpədə bilmədiyimizə görə, başqa xəstəxanaya köçürə bilmədik. Neyrocərrahiyyə və ya Bakı Sağlamlıq Mərkəzinə köçürməyimiz alınmadı..." - deyə F.Mehdiyev bildirib.

Məlumat üçün bildirək ki, KT daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir. KT cihazları diaqnostik şöbəsi olan əksər özəl və dövlət tibb müəssisələrində mövcuddur.

Abşeron RMX-nin çoxprofilli tibb müəssisəsi olduğunu, təkcə Bakıdan deyil, regionlardan da kütləvi xəstə qəbul etdiyini nəzərə alsaq, bu xəstəxanada hazırda KT cihazının olmaması sual doğurur.

Maraqlıdır ki, bir neçə ay əvvəl sözügedən xəstəxanada KT xidməti göstərilib. Amma daha sonra KT aləti ilə bağlı texniki nasazlıq yaranıb. Görünən odur ki, bir çox pasiyent üçün həyati əhəmiyyət kəsb edən xidmətin bərpasına kifayət qədər önəm verilmir.

Problemlə bağlı TƏBİB-ə ünvanlanan sorğuya belə cavab verilib:

"Məlumat üçün bildiririk ki, 2008-ci il təvəllüdlü şəxs (qadın) 16.06.2026-cı il tarixində saat 17 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.

Xəstəyə qəbul olunduğu andan etibarən vəziyyətinin ağırlığı nəzərə alınaraq təxirəsalınmaz tibbi yardımlar göstərilib. Qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, digər kəllədaxili travmalar, boyun nahiyəsinin dəqiqləşdirilməmiş travması, dəqiqləşdirilməmiş pnevmotoraks, ön qol sümüklərinin digər hissələrinin sınığı, bud sümüyünün digər hissələrinin sınığı, bud nahiyəsinin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri müayinə və müalicə tədbirləri həyata keçirilib.

Həkimlər tərəfindən aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyati funksiyalarını bərpa etmək mümkün olmayıb və 16.06.2026-cı il tarixində saat 20:20-də bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, pasiyentin xəstəxanaya daxil olduğu andakı vəziyyəti son dərəcə ağır, həyati göstəriciləri qeyri-sabit olub. Bu səbəbdən xəstənin KT müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb.

Əlavə olaraq bildiririk ki, radioloji tibbi xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz edilməsi deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində vahid radioloji tibbi xidmətlərin göstərilməsi üçün şəraitin yaradılmasıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 444   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Bakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü

17 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr