Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi
Borc müqaviləsi və onun şərtləri tərəflərin hər hansı yazılı sübutlara istinad etməsi ilə təsdiqlənməlidir.
Bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçiriən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında qərar qəbul edilib.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Qərarda deyilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş "başqa hal"a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunsun.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 167 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda əcnəbilərdən ibarət dəstə üzvlərinə hökm oxundu
Bakıda kiberdələduzluq və digər cinayətlərdə təqsirləndirilərək saxlanılan dəstə üzvləri - Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumata görə, Bak
19 iyunAzərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?
Azərbaycanda son günlər yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma istehlakçıların diqqətini çəkib. Bəzi marketlərdə bir ədəd yumurtanın qiyməti 1-4 qəpiyə qədər enib. Quş Əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qiymətləri
19 iyunFermerlər dələduzluğun qurbanı oldu: Onların tonlarla taxılını kim satıb?
Kürdəmirdə bir neçə fermer dələduzluğun qurbanı olub. Qaynarinfo xəbər verir ki, kənd təsərrüfatı məhsullarının pulunu qısa müddətdə ödəyəcəyini vəd edən Asif Şükürov (şərti) müxtəlif fermerlərdən tonlarla taxıl və arpa götürüb, daha sonra isə həmin məhsulları başqa şəxslərə sataraq əldə edilən vəsait
19 iyunBeyləqanda 70 yaşlı kişi hoteldə ölü tapıldı
Beyləqanda hoteldən meyit tapılıb. -a istinadla xəbər verir ki, hadisə şəhərin ərazisində qeydə alınıb. Gəncə şəhər sakini 70 yaşlı Adil Fərhad oğlu Quliyevin meyiti hoteldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır
19 iyun3 yaşlı uşağından sonra özü də öldü
Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib. "Report"a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova bu gün müalicə aldığı xəstəxanada həyatını itirib. Xatırladaq ki, sözügedən yanğın hadisəs
19 iyunSənədsiz evlər problemi: Dövlət büdcəsi milyonlarla gəlirdən məhrum olur
"Vətəndaşın güvəndiyi əsas ünvan dövlətdir. Sənədsiz evlərlə bağlı xüsusi qərar və ya fərman verilərsə, amnistiyaya düşən əmlakların böyük hissəsini çıxarışla təmin etmək mümkündür". Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, uzun illərdir sənədsi
19 iyunQurban Qurbanov Marko Yankoviçlə bağlı QƏRARINI VERDİ
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçunu buraxmaq istəmir. İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Marko Yankoviçdən gedir. Futbolçuya başqa ölkələrdən təkliflər olsa da, təcrübəli mütəxəssis onun komandada qalmasını istəyir. Bu səbəbdən d
19 iyunKİV: İran Hörmüz boğazını yenidən bağladı
Hörmüz boğazı akvatoriyasında xəbərdarlıq atəşləri açılıb və İran ordusu radio vasitəsilə gəmilərin əraziyə yaxınlaşmasına qadağa qoyulduğunu elan edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Hadisə ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur. İranın Fars Körfəzi Boğazı İşlər
19 iyunAzərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilm
19 iyun