""Son zəng"də bədii və mənəvi dəyərlər ön plana çıxarılmalıdır" - AÇIQLAMA

""Son zəng"də bədii və mənəvi dəyərlər ön plana çıxarılmalıdır" - AÇIQLAMA"Son illər "Son zəng" tədbirlərinin forması və miqyası cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrildiyi üçün Elm və Təhsil Nazirliyi bu prosesi tənzimləmək məqsədilə hər il xüsusi əmr imzalayır və məktəblər qarşısında konkret tələblər qoyur".

Bunu Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.

O, açıqlamasında qeyd edib ki, bu qaydalara əsasən, məktəblər və təhsil qurumları məzuniyyət tədbirlərinin təşkilində aşağıdakı prinsiplərə və qadağalara mütləq şəkildə əməl etməlidirlər:

"Tədbirlər yalnız ümumi təhsil müəssisəsinin ərazisində - məktəbin həyətində, idman və ya akt zalında təşkil oluna bilər. Məktəbdən kənarda, xüsusilə restoranlarda, şadlıq saraylarında, istirahət mərkəzlərində və ya kafelərdə "Son zəng" adı altında hər hansı kütləvi məclisin keçirilməsi qətiyyən yolverilməzdir. Tədbirin müddəti də məhdudlaşdırılır; adətən onun 1-2 saat ərzində başa çatdırılması tələb olunur və tədbir, bir qayda olaraq, günün birinci yarısında keçirilir.

Valideynlər üçün süni maliyyə yükü yaradan halların qarşısı qətiyyətlə alınmalıdır. Tədbirin təşkili və bəzədilməsi, müəllimlərə baha dəyərli hədiyyələrin alınması və ya məzunlar üçün xüsusi, bahalı geyimlərin (məsələn, eyni növ bahalı kostyumların, xüsusi dizaynlı donların) sifariş edilməsi məqsədilə pul yığılması qəti qadağandır. Məzunlar tədbirə məktəbli forması ilə qatılmalıdırlar ki, bu da sosial bərabərliyin qorunmasına və şagirdlər arasında maddi təbəqələşmənin nümayişinin qarşısının alınmasına xidmət edir.

Məktəb rəhbərliyi, pedaqoji heyət və valideyn komitələri birgə məsuliyyət daşıyırlar. Direktorlar tədbir zamanı şagirdlərin təhlükəsizliyini, ictimai asayişi və tibbi təhlükəsizlik qaydalarına əməl olunmasını tam təmin etməlidirlər. Xüsusilə son illər ən böyük təhlükələrdən birinə çevrilən "avtomobil karvanları" məsələsinə nəzarət gücləndirilməlidir. Məktəb rəhbərliyi və valideynlər azyaşlı və ya sürücülük vəsiqəsi olmayan, təcrübəsiz məzunların sükan arxasına əyləşərək şəhərdə təhlükəli yürüşlər təşkil etmələrinə icazə verməməli, bu barədə hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə işləməlidirlər.

"Son zəng"in mahiyyəti dəyişdirilməli, onun bədii və mənəvi tərəfi ön plana çıxarılmalıdır. Tədbir şou-biznes xarakterli təmtəraqlı konsert proqramı deyil, məktəb illərinin xoş xatirələrini canlandıran, şagirdlərin müəllimlərə ehtiramını, vətənpərvərlik mövzularını, elmi və yaradıcı uğurlarını əks etdirən estetik bir mərasim olmalıdır. Bu qaydalara əməl olunması həm neqativ halların qarşısını alır, həm də təhsil müəssisəsinin nüfuzunu qoruyur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 376   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr
.

Maykl Ceksonun oğlu illər sonra diqqət mərkəzinə düşdü

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun böyük oğlu Prins Cekson uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib. xəbər verir ki, 29 yaşlı Prins atasının doğum günü münasibətilə Las-Veqasda keçirilən tədbirə qatılıb. Prins Cekson məşhur "Cirque du Soleil Michael Jackson ONE" şousunu izləyib

3 sentyabr
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

Dünyaca məşhur müğənninin səhnədə ətəyi düşdü

Dünyaca məşhur müğənni Jennifer Lopez son konsertində bədbəxt geyim qəzası yaşayıb. Mahnı oxuyub rəqs etdiyi zaman kostyumu sürüşən sənətçi səhnədə çətin anlarla üzləşib. Onun köməyinə isə rəqqaslarından biri çataraq vəziyyəti qısa müddətdə toparlayıb. xarici mediaya istinadla xəbər verir ki, səhnəd

4 sentyabr
.

"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi

29 avqust
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Bülent Ersoyun estetik əməliyyatdan sonrakı görünüşü gündəm oldu: "Mənə abla deməyin"

Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü və diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Ersoyun Kuşadasında baş tutan konserti zamanı yaşanan hadisə də geniş müzakirələrə səbəb olmuşdu. Səhnəy

7 sentyabr
.

Könül Kərimovanın qızı boşanıb

Əməkdar artist Könül Kərimovanın qızı Ləman boşanıb. Axşam.az xəbər verir ki, müğəninin qızı bu barədə özü açıqlayıb. O, həyat yoldaşı Orxanla ayrıldıqlarını bildirib. Qeyd edək ki, Ləmanın 2017-ci ildə Orxanla ailə qurub. Onun bu evlilikdən Dəniz adlı bir qızı var

29 avqust