İranda qadın müğənniyə şallaq cəzası verildi - VİDEO

İranda qadın müğənniyə şallaq cəzası verildi - VİDEOİranlı müğənni Parastu Ahmadi və onun prodüser komandasının 8 üzvü məhkəmə tərəfindən 74 şallaq cəzası ilə cəzalandırılıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, onlara qarşı internetdə "vulqar və əxlaqsız məzmun" dərc etdiklərinə görə "ictimai əxlaqı təhqir etmə" ittihamı irəli sürülüb. Qum Əyalətinin Cinayət Məhkəməsinin məhkəmə sənədlərinə görə, sənətçilərə həmçinin iki il ərzində ölkəni tərk etmək və yaradıcılıqla məşğul olmaq qadağan edilib.

Buna səbəb 29 yaşlı Əhmədinin 2024-cü ilin dekabrında "YouTube"da canlı yayımda baş örtüyü olmadan mahnılar ifa etdiyi "Karvansara" adlı virtual konsertidir. Belə ki, həmin çıxış viral olub və milyonlarla baxış toplayıb.

Videonun dərc edilməsindən sonra müğənni və bir neçə musiqiçi qısa müddətə saxlanılıb, daha sonra isə onlara qarşı rəsmi cinayət iş açılıb.

Yerli hüquq müdafiəçiləri isə hökmü nümayişkaranə cəza tədbiri adlandırıblar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 328   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021