Messinin atasının ölüm xəbərini yayan aparıcı işdən QOVULDU
Lionel Messinin atası Xorxe Messinin öldüyü barədə yalan məlumat yayan aparıcı Florensiya Penya işdən qovulub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Luzu TV kanalında yayımlanan "El Show del Verano" proqramında baş verib. Penya efirdə izləyicilərə belə deyib:
"Mən pis xəbər vermək istəmirəm, amma Messinin atası indicə vəfat edib. O, dünya çempionatı davam etdiyi vaxt ölkəni tərk etməli olacaq".
İyunun 18-də Florensiya Penya səhv məlumat yaydığına görə üzr istəyib və baş verənlərdən utandığını bildirib.
Kanalın sahibi Nikolas Okkiatonun yayılan açıqlamasında deyilir:
"Efirdə baş verən hadisəyə görə dərin təəssüf hissi keçiririk. Kanalımız əvvəlcədən lazımi şəkildə yoxlanılmamış məxfi məlumatların yayılmasını qəbuledilməz hesab edir. Bu səbəbdən rəhbərlik günahkar şəxslərin işdən çıxarılması barədə qərar qəbul edib. Florensiya Penya vəzifəsini tərk edəcək. Biz məsuliyyətli, hörmətli və dəqiq informasiyanın yayılmasına sadiqliyimizi bir daha təsdiqləyirik".
Qeyd edək ki, Messi ailəsi futbolçunun atası Xorxe Messinin səhhəti ilə bağlı açıqlama vermişdi.
İyunun 17-də yayılan məlumatlarda bildirilirdi ki, Lionel Messinin DÇ-2026-da Əlcəzairə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda ilk qoldan sonra göz yaşlarını saxlaya bilməməsi 67 yaşlı atasının səhhətində yaranan problemlərlə əlaqəli ola bilər. Lakin Xorxe Messinin hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb.
Xorxe Messi uzun illər Lionel Messinin əsas nümayəndəsi və meneceri kimi fəaliyyət göstərib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 660 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr