Şarj cihazı daim qoşulu olarsa, nə baş verir?

Şarj cihazı daim qoşulu olarsa, nə baş verir?Mütəxəssislər istifadə edilməyən şarj cihazlarının elektrik yuvasına qoşulu vəziyyətdə saxlanılmasının bəzi hallarda ciddi təhlükələr yarada biləcəyini bildirirlər. Onların sözlərinə görə, bu vərdiş həm yanğın riskini artıra, həm də lazımsız enerji sərfiyyatına səbəb ola bilər. Evlərdə telefon, noutbuk və digər elektron cihazların şarj adapterləri çox vaxt gecə-gündüz elektrik yuvasına qoşulu qalır. Lakin enerji mütəxəssisləri istifadə olunmadıqda onları elektrik şəbəkəsindən ayırmağı tövsiyə edirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, enerji sahəsi üzrə ekspert və Suntrek Solar şirkətinin rəhbəri İtan Haynın sözlərinə görə, istifadə olunmayan şarj cihazlarını elektrik şəbəkəsindən ayırmaq həm enerji sərfiyyatını azaldır, həm də gərginlik sıçrayışlarının yaratdığı riskləri minimuma endirir.

Onun sözlərinə görə, elektrik şəbəkəsində yaranan gərginlik sıçrayışları yalnız ildırım zamanı baş vermir. Elektrik enerjisinə tələbatın kəskin artdığı dövrlərdə də belə hallar müşahidə oluna bilər. Nəticədə həssas elektron avadanlıqlar zədələnə bilər.

Keyfiyyətsiz adapterlər yanğın təhlükəsini artırır
Mütəxəssislərin fikrincə, elektrik şəbəkəsinə qoşulu qalan adapterlərin həddindən artıq qızması müəyyən risk yaradır. Xüsusilə ucuz və sertifikatsız məhsullarda həddindən artıq isinmə və qısaqapanmaya qarşı etibarlı mühafizə sistemi olmaya bilər. Belə adapterlərdən istifadə yanğın ehtimalını artırdığı üçün onların seçimində diqqətli olmaq tövsiyə edilir.

İstifadə olunmayan adapterlər də enerji sərf edir
Mütəxəssislər bildirirlər ki, heç bir cihaz adapterə qoşulmasa belə, o, elektrik yuvasına taxılı vəziyyətdə qalırsa, müəyyən miqdarda enerji sərf etməyə davam edir. Bu hal gizli enerji sərfiyyatı və ya fantom enerji istehlakı adlanır.

Müasir şarj cihazları orta hesabla 0,1-0,5 vatt enerji sərf edir. Bir adapter üçün bu göstərici əhəmiyyətli görünməsə də, evdə çox sayda adapterin daim elektrik şəbəkəsinə qoşulu qalması ümumi enerji sərfiyyatını artıra bilər. Bundan əlavə, adapterlərin vaxtaşırı elektrik şəbəkəsindən ayrılması onların daxili hissələrinin daha az qızmasına kömək edir və istifadə müddətini uzada bilər.

Hansı adapterləri elektrik şəbəkəsinə qoşulu saxlamaq olar?
Bütün adapterləri mütləq elektrik yuvasından çıxarmağa ehtiyac yoxdur. Təhlükəsizlik sistemləri, ağıllı ev avadanlıqları, videodomofonlar, bəzi tibbi cihazlar və fasiləsiz enerji ilə işləməli olan digər qurğuların adapterləri elektrik şəbəkəsinə qoşulu qala bilər.

Hansı cihazların şarj adapteri mütləq çıxarılmalıdır?
Mütəxəssislər smartfon, noutbuk, portativ enerji yığma qurğuları (powerbank) və digər batareyalı cihazlar tam dolduqdan sonra onların şarj adapterlərini elektrik yuvasından çıxarmağı məsləhət görürlər. Eyni tövsiyə elektrik velosipedləri, elektrik skuterləri və hoverbord kimi iri tutumlu batareyaya malik nəqliyyat vasitələrinə də aiddir.

İstilik yaradan cihazları nəzarətsiz qoymayın
Ekspertlər saç düzləşdiricisi, buruq aparatı, elektrik yorğanı, qızdırıcı və istilik yaradan digər elektrik cihazlarını istifadə etdikdən sonra mütləq elektrik şəbəkəsindən ayırmağı tövsiyə edirlər. Onların sözlərinə görə, qızan hər bir elektrik cihazı potensial yanğın mənbəyi hesab olunur. Buna görə belə cihazlar istifadə başa çatdıqdan sonra həm söndürülməli, həm də elektrik yuvasından çıxarılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 523   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021