Ukrayna-Polşa münasibətlərində yeni gərginlik: Zelenski ordeni geri göndərdi
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ona təqdim olunmuş "Ağ Qartal" ordenini Polşa Prezidenti Karol Navrotskiyə geri qaytarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında paylaşım edib.
Zelenski paylaşımına poçt şöbəsində çəkilmiş fotoları da əlavə edib.
O bildirib ki, 2023-cü ildə həmin ordenin, əslində, Ukrayna xalqına və ölkənin Silahlı Qüvvələrinə təqdim edildiyi hesab olunurdu.
Ukrayna Prezidenti qeyd edib ki, Polşanın ali dövlət mükafatının müxtəlif tarixi şəxsiyyətlərdə, o cümlədən II Yekaterina, Benito Mussolini və Gerhard Şröderdə qalması ilə bağlı qərara Kiyev etiraz etməyəcək.
Zelenski vurğulayıb ki, Ukrayna Polşa xalqının göstərdiyi dəstəyi və əməkdaşlığı yüksək qiymətləndirir, eyni zamanda iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etdirilməsində maraqlıdır.
Qeyd edək ki, bundan əvvəl Polşa Prezidenti Karol Navrotski tarixi məsələlərlə bağlı fikir ayrılıqları fonunda Zelenskini ölkənin ali ordenlərindən birindən məhrum etmişdi. Bundan sonra Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Polşanın dövlət mükafatından imtina etdiyini açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 215 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pikassonun oğurlanmış tablosu tapıldı
Fransanın Val-de-Marn departamentinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı ispan rəssam Pablo Pikassoya məxsus oğurlanmış tablo aşkar ediblər. xəbər verir ki, bu barədə "Actu17"
21 iyunABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
Vaşinqton administrasiyası Latın Amerikasının narkotik kartellərinə zərbələr endirməyə davam etmək niyyətindədir. "Report" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Olivia Ueyls bildirib. "ABŞ amerikalılara qarşı hücumlar hazırlama
21 iyun"The Observer": Starmer iyunun 22-də istefasını açıqlaya verə bilər
Böyük Britaniyanın Baş naziri Kir Starmer hakim Leyboristlər Partiyasının üzvləri arasında etimadın itirilməsi səbəbindən 22 iyunda istefasını açıqlaya bilər. "Report" xəbər verir ki, bu barədə həftəlik "The Observer" qəzeti mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatın
21 iyunTəsadüfi klik həyatı dəyişdi: Rusiyada təqaüdçü qadın 5 milyon rubl qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan təqaüdçü qadın təsadüfən lotereya reklamına daxil olub və nəticədə 5 milyon rubl (təxminən 116 min manat) məbləğində pul mükafatı qazanıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, qadın əvvəllər də müxtəlif lotereya oyunlarınd
21 iyun