CENTCOM: "İran Hörmüz boğazına nəzarət etmir"
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və bölgədə gəmiçilik fəaliyyəti normal qaydada davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Tim Hokins "Axios" portalının jurnalisti Barak Ravidə açıqlamasında bildirib.
"İran Hörmüz boğazına nəzarət etmir. Gəmilərin hərəkəti davam edir və ABŞ qüvvələri vəziyyəti izləyərək bunun belə qalmasını təmin edir", - deyə Hokins vurğulayıb.
Açıqlama Hörmüz boğazındakı vəziyyətlə bağlı müxtəlif iddiaların səsləndirildiyi bir vaxtda verilib. ABŞ hərbi rəsmisinin sözlərinə görə, beynəlxalq gəmiçilik marşrutu üzrə hərəkət fasiləsiz davam edir və bölgədəki vəziyyət nəzarət altında saxlanılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 115 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsraildə Ebola təşvişi: Bir nəfər nəzarət altına alınıb
İsraildə Ebola virusuna yoluxmaqda şübhəli bilinən ilk xəstə aşkarlanıb. O, hazırda təcrid olunmuş şəraitdə müalicə alır. xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə müayinələr aparılır. Nəticələrin 48 saat ərzində məlu
21 iyunBritaniyalı alimlər 6000 illik Artur daşının sirrini açıqlayıblar
Britaniyalı alimlər Herefordşir qraflığında yerləşən neolit dövrünə aid Artur daşı yaxınlığında arxeoloji qazıntılar aparıblar. xəbər verir ki, bu barədə "Live Science" yazıb. Qazıntılar zamanı mütəxəssislər müəyyən ediblər ki, Artur daşı təxminən altı min il əvvəl Böyük Britaniyanın ilk əkinç
20 iyunABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra artıq azı 25 gəmi Hörmüz boğazından keçib. "Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb. "Cümə axşamı 25 gəmi Hörmüz boğazından keçib. Bu
21 iyun