Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi BƏLLİ OLDU

Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi BƏLLİ OLDUMəlum olub ki, beynimiz saxta gülüşləri dərhal tanıyır və qəbul etmir. İnsanları saniyələr içində valeh edən əsl "Duchenne" effekti və göz kənarındakı o kiçik qırışların arxasındakı təkamül sirri nədədir?

Milli.Az xəbər verir ki, sosial psixologiyanın sübut olunmuş bir faktı var: Olduğu yerdə həqiqətən xoşbəxt görünən insanlar dərhal bir cazibə mərkəzinə çevrilirlər. Bəs beyinlərimiz ilk 100 millisaniyədə nəyi axtarır və niyə bəzi gülüşləri saxta hesab edib uzaqlaşırıq?

Saxta gülüş ilə əsl gülüşün savaşı
Fransız həkim Guillaume Duchenne insan üzündəki gülüş kodlarını çözüb. Tibb dünyası gülüşü iki yerə ayırır:

Duchenne olmayan gülüş (Fotoşəkil gülüşü): Yalnız ağız kənarlarının yuxarı çəkilməsi ilə baş verir. Vəsiqə şəkli çəkdirərkən və ya xoşlamadığınız birinə nəzakət göstərmək üçün etdiyiniz gülüşdür. Beynimiz bunu dərhal "qeyri səmimi və məcburi" olaraq kodlaşdırır. Fotoşəkillərdə pis çıxmağınızın səbəbi budur; çünki gözləriniz bu gülüşə qoşulmur.

Duchenne gülüşü (Gözlərin içi ilə gülmək): Budur, əsl möcüzə! Bu gülüşdə təkcə ağız deyil, gözlərin ətrafındakı əzələlər də dartılır və göz kənarında o kiçik "qaz ayaqları" (qırışlar) yaranır. Bu hərəkət tamamilə qeyri-ixtiyaridir və saxtasını düzəltmək demək olar ki, qeyri-mümkündür. İnsanlar bu gülüşü gördükdə beynin alt qatında sizə "isti, etibarlı və cəlbedici" etiketi vururlar.

Niyə gülən insanlara cəlb olunuruq?
Bu, təkamül kodlarımızda gizlidir. İlk dəfə gördüyümüz bir yad insan, ilkin beynimiz üçün potensial bir təhlükədir. Gülüş isə bütün mədəniyyətlərdə ortaq olan tək işarədir və bu mesajı verir: "Məndən sənə zərər gəlməz, dostam və ünsiyyətə açığam." Qarşı tərəfin beyni bu siqnalı alan kimi təhlükə rejimindən çıxır və sizi "cəlbedici" olaraq qəbul edir.

Gülüş hər qapını açırmı?
Əlbəttə, gülüş sehrli çubuq deyil. Boyunuzu, üz quruluşunuzu və ya yaşınızı dəyişdirmir. Lakin unutmayın ki, araşdırmalar ən cəlbedici halınızın, həqiqətən xoşbəxt göründüyünüz an olduğunu təsdiqləyir. Bir ortama girməzdən əvvəl nə boyunuzu, nə də üz sümüklərinizi dəyişə bilərsiniz, onlar sabitdir. Amma o an idarə edə biləcəyiniz tək bir şey var: İfadəniz.

Gözlərinin içi ilə gülən bir insan olmaq, beynin qarşı tərəfə verə biləcəyi ən yüksək "cazibədarlıq xalını" qazanmağınızı təmin edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 889   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr