Paltaryuyan maşındakı pis qoxudan necə qurtulmaq olar?
Paltaryuyan maşından gələn xoşagəlməz qoxu əksər hallarda cihazın özündən deyil, onun daxilində yığılan rütubət, yuyucu vasitələrin qalıqları, kir və liflərdən yaranır. Qoxunun əsas mənbəyi adətən rezin manjet, yuyucu vasitə bölməsi, drenaj filtrı və ya baraban olur.
Lent.az bu problemdən qurtulmağa kömək edəcək faydalı məsləhətləri təqdim edir:
Paltaryuyan maşın niyə pis qoxu verir?
Yuma prosesi başa çatdıqdan sonra maşının daxilində müəyyən miqdarda rütubət qalır. Əgər qapı dərhal bağlanırsa və yuyucu vasitə çekmecəsi qurudulmursa, içəridə kif və bakteriyaların yaranması üçün əlverişli mühit formalaşır. Vaxt keçdikcə yuyucu tozun, maye yuyucu vasitələrin və yumşaldıcının qalıqları, paltarlardan qopan liflər, saç telləri, kir və sabun çöküntüləri rezin manjetdə, çekmecədə, filtrdə və digər daxili hissələrdə toplanır. Bu problem xüsusilə aşağı temperaturda tez-tez yuma aparıldıqda və normadan artıq yuyucu vasitə istifadə edildikdə daha çox müşahidə olunur.
1. İlk olaraq rezin manjeti yoxlayın
Qapının ətrafındakı rezin manjet çirkin ən çox toplandığı hissələrdən biridir. Onun qatlarında su, lif, saç, sikkə, cibdən çıxan kağız parçaları və yuyucu vasitələrin qalıqları qala bilər. Rezin hissəni ehtiyatla kənara çəkərək qatları yoxlayın. Əgər çirk və ya sürüşkən təbəqə görsəniz, onu nəm parça ilə silin.
Güclü çirklənmə olduqda ilıq su və az miqdarda yuyucu vasitədən istifadə edə bilərsiniz. Sonda manjeti mütləq quru parça ilə silin. Çünki burada qalan rütubət kif iyi və xoşagəlməz qoxunun əsas səbəblərindən biridir.
2. Yuyucu vasitə qabını çıxarıb yuyun
Yuyucu toz və yumşaldıcı üçün nəzərdə tutulan qab də qoxunun yarandığı əsas yerlərdən biridir. Burada toz qalıqları, gel və yumşaldıcıdan yaranan sürüşkən təbəqə, bəzən isə kif əmələ gəlir. Qabı çıxarın, ilıq su ilə yuyun və köhnə diş fırçası ilə təmizləyin. Xüsusilə yumşaldıcı bölməsini diqqətlə təmizləyin. Qabın yerləşdiyi hissəni də silməyi unutmayın. Orada da çirk və yuyucu vasitə qalıqları da toplana bilər.
3. Drenaj nasosunun filtrini təmizləyin
Qoxu aradan qalxmırsa, drenaj filtrini yoxlamaq lazımdır. Filtrdə sap, lif, saç, cibdən düşən xırda əşyalar və digər çirklər toplana bilər. Adətən filtr paltaryuyan maşının aşağı hissəsində, kiçik qapağın arxasında yerləşir. Filtri açmazdan əvvəl altına qab və ya dəsmal qoyun. Çünki içəridə qalan su axa bilər.
Filtri ehtiyatla çıxarın, bütün çirkləri təmizləyin, su ilə yuyun və yenidən yerinə bərkidin. Uzun müddət təmizlənməyən filtr xoşagəlməz qoxunun əsas səbəblərindən biri ola bilər.
Pis qoxunun yenidən yaranmaması üçün nə etmək lazımdır?
Mütəxəssislər hər yuyulmadan sonra maşının qapısını və yuyucu vasitə çekmecəsini bir müddət açıq saxlamağı tövsiyə edirlər. Bu, daxildəki rütubətin buxarlanmasına kömək edir. Bundan əlavə, vaxtaşırı 60-90°C temperaturda boş yuma proqramını işə salmaq və paltaryuyan maşını istehsalçının tövsiyəsinə uyğun xüsusi təmizləyici vasitələrlə təmizləmək də xoşagəlməz qoxuların yaranmasının qarşısını ala bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama