Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər
Çin zooparkının əməkdaşları uzunqulağı rəngləyərək ona zebra görünüşü veriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Need to Know" nəşri məlumat yayıb.
Boyanmış heyvan Antsyu şəhərində görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda uzunqulağın tükünün zebranın rəngini təqlid edən qara zolaqlarla örtüldüyü aydın görünür. Lakin heyvanın uzun qulaqları və xarici görünüşü saxtakarlığı asanlıqla ifşa edib.
Heyvanın fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin tənqidləri ilə qarşılaşıb. İzləyicilərin əksəriyyəti park rəhbərliyini uzunqulağı ekzotik bir heyvan kimi təqdim etməyə cəhd etməkdə ittiham edib.
İttihamlara münasibət bildirən park rəsmiləri isə bu heyvanın əsl zebra olduğunu iddia etmədiklərini vurğulayıblar. Onların sözlərinə görə, rəngləmə prosesi sadəcə ziyarətçiləri əyləndirmək məqsədi daşıyır:
"Biz burada müəyyən mənada "kospley" (kostyumlu oyun) təşkil edirik. Onun zebra olduğunu iddia etməmişik və bununla bağlı heç bir məlumat lövhəsi asmamışıq. Bu, yalnız ziyarətçilərin xoş vaxt keçirməsi üçün düşünülmüş bir zarafatdır".
Zoopark səlahiyyətliləri onu da əlavə ediblər ki, keçmişdə də insanların marağını artırmaq naminə itlərin xarici görünüşündə oxşar dəyişikliklər ediblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 949 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Twitter"də yeni funksiya istifadəyə veriləcək
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze
9 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021