Metro dayanacağında maraqlı anlar: "Bəs deyirdiz maşını olmayan kişi ilə evlənmərik" - VİDEO

Metro dayanacağında maraqlı anlar: "Bəs deyirdiz maşını olmayan kişi ilə evlənmərik" - VİDEOİstanbulda metro dayanacağında gözləyən sıx sərnişin kütləsinə səslənən motosiklet sürücüsünün sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, paytaxtın sıx saatlarında çəkildiyi ehtimal edilən görüntülərdə metro gözləyən çoxsaylı sərnişinlərin olduğu dayanacağın yanından keçən motosiklet sürücüsü diqqət çəkmək üçün onlara müraciət edib. Sürücü xüsusilə qadın sərnişinlərə ünvanladığı ironik ifadələrlə sosial mediada gündəmə gəlib.

Videoda motosikletçi dayanacaqdakı insanlara səslənərək: "Kişilərə heç nə demirəm, amma qadınlar, niyə ayaqüstə gözləyirsiniz? Bir də deyirdiniz ki, maşını olmayan kişi ilə evlənmərik. Səhv deyirəm?" - sözlərini işlədib.

Sürücünün bu çıxışı qarşısında sərnişinlərin təəccübləndiyi müşahidə olunsa da, dayanacaqda gözləyənlər ona hər hansı reaksiya verməyərək sakit şəkildə metronu gözləməyə davam ediblər.

Sosial şəbəkələrdə sürətlə yayılan video qısa müddətdə minlərlə baxış toplayıb. Paylaşımın ardından istifadəçilər arasında həm münasibətlərdə maddi gözləntilər, həm də İstanbulda ictimai nəqliyyatda yaşanan sıxlıq və nəqliyyat problemləri ilə bağlı müzakirələr başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 377   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO

Türkiyənin Batman şəhərində Balıqçılar bazarında satışa çıxarılan 1,5 metr uzunluğunda və 69 kiloqram ağırlığında nəhəng balıq diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, Cizrə bölgəsindəki Botan çayından tutulan balığı görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər. 32 ildir balıqçılıql

17 sentyabr
.

Qızıl almaq istəyənlərin diqqətinə

Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib

12 sentyabr
.

Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL

Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər

13 sentyabr
.

"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK

Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda

13 sentyabr
.

Bir ev puluna bütün kəndi satın aldı

ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd

14 sentyabr
.

Qadının cansız bədəni sahilə vurdu, ətrafdakı insanlar heç nə olmamış kimi davam etdilər - VİDEO

Türkiyənin Muğla vilayətinin Milas rayonunda sərinləmək üçün dənizə girən qadın boğularaq həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, bir müddət sonra qadının cansız bədəni dalğaların təsiri ilə sahilə çıxıb. Hadisə zamanı sahildə olan insanların baş verənlərə laqeyd qalaraq skamyalard

14 sentyabr
.

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Süni intellektdən mütəmadi istifadə bəzi insan kateqoriyaları üçün mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev RT-yə müsahibəsində bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, risk qrupuna depressiyaya, təşvişə və ya sosial izolyasiyaya meyill

11 sentyabr
.

Balıq bişirəndə edilən əsas səhvlər

Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi

13 sentyabr
.

Tətilə gedən ovçular küçədə qaban sürüsü ilə qarşılaşdı: Başmaqlarını heyvanlara atdı - VİDEO

Türkiyənin Kütahya şəhərindən Muğlanın Marmaris rayonuna tətilə gedən 4 ovçu gecə saatlarında küçədə dolaşan 5 vəhşi qabanla qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı ovçulardan Mehmet Özkanın ayağındakı başmaqları çıxararaq qaçan qabanların arxasınca atması sosial mediada böyü

14 sentyabr