Niyə yayda erkən uçuşlar seçmək daha yaxşıdır?

Niyə yayda erkən uçuşlar seçmək daha yaxşıdır?Yay mövsümündə təyyarə bileti alarkən reysin vaxtını düzgün seçmək həm vaxt itkisini, həm də əlavə stressi azaltmağa kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə səhər tezdən və ya gecə həyata keçirilən uçuşlar yay aylarında daha etibarlı seçim hesab olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, adətən səhər saatlarında həyata keçirilən uçuşlar günün sonrakı saatları ilə müqayisədə daha az gecikmə və hava şəraitindən qaynaqlanan problemlərlə üzləşir.

Lakin yay aylarında artan ekstremal istilər bu fərqi daha da nəzərəçarpan edir. Ekspertlərin sözlərinə görə, günün ən isti saatlarında uçuş planlaşdırmaq məsləhət görülmür. Son illərdə bir çox məşhur turizm istiqamətlərində müşahidə olunan yüksək temperatur aviareyslərin normal qrafikinə mənfi təsir göstərə bilir.

Havanın həddindən artıq isti olması bəzi hallarda təyyarələrin daşıdığı yükün azaldılmasını zəruri edir. Bu isə reyslərin gecikməsinə, havanın sərinləməsini gözləməsinə, hətta bəzi hallarda uçuşun ləğv edilməsinə və ya sərnişin sayının azaldılmasına səbəb ola bilər.

Bundan başqa, havaya qalxma növbəsini gözləyən təyyarənin salonunda temperatur kifayət qədər yüksək olur. Kondisioner sistemləri işləsə də, sərnişinlər uzun müddət gözləməli olduqda narahatlıq hissi artır.

Mütəxəssislər bu səbəbdən yay mövsümündə səhər erkən və ya gecə saatlarında olan reyslərə üstünlük verməyi tövsiyə edirlər. Belə uçuşlar həm istiliyin təsirinə daha az məruz qalır, həm də gecikmə ehtimalı aşağı olur.

Qeyd edək ki, bir çox aviasiya mütəxəssisi də gün ərzində hava şəraitinin dəyişməsi səbəbindən yaranan gecikmələrin qarşısını almaq üçün günün ilk reyslərini seçməyi etməyi tövsiyə edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 541   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO

Türkiyənin Batman şəhərində Balıqçılar bazarında satışa çıxarılan 1,5 metr uzunluğunda və 69 kiloqram ağırlığında nəhəng balıq diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, Cizrə bölgəsindəki Botan çayından tutulan balığı görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər. 32 ildir balıqçılıql

17 sentyabr
.

Qızıl almaq istəyənlərin diqqətinə

Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib

12 sentyabr
.

Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL

Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər

13 sentyabr
.

"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK

Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda

13 sentyabr
.

Bir ev puluna bütün kəndi satın aldı

ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd

14 sentyabr
.

Qadının cansız bədəni sahilə vurdu, ətrafdakı insanlar heç nə olmamış kimi davam etdilər - VİDEO

Türkiyənin Muğla vilayətinin Milas rayonunda sərinləmək üçün dənizə girən qadın boğularaq həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, bir müddət sonra qadının cansız bədəni dalğaların təsiri ilə sahilə çıxıb. Hadisə zamanı sahildə olan insanların baş verənlərə laqeyd qalaraq skamyalard

14 sentyabr
.

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Süni intellektdən mütəmadi istifadə bəzi insan kateqoriyaları üçün mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev RT-yə müsahibəsində bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, risk qrupuna depressiyaya, təşvişə və ya sosial izolyasiyaya meyill

11 sentyabr
.

Balıq bişirəndə edilən əsas səhvlər

Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi

13 sentyabr
.

Tətilə gedən ovçular küçədə qaban sürüsü ilə qarşılaşdı: Başmaqlarını heyvanlara atdı - VİDEO

Türkiyənin Kütahya şəhərindən Muğlanın Marmaris rayonuna tətilə gedən 4 ovçu gecə saatlarında küçədə dolaşan 5 vəhşi qabanla qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı ovçulardan Mehmet Özkanın ayağındakı başmaqları çıxararaq qaçan qabanların arxasınca atması sosial mediada böyü

14 sentyabr