Türkiyəyə ən çox köç edən ölkə vətəndaşları onlardır - Azərbaycan ikinci yerdədir

Türkiyəyə ən çox köç edən ölkə vətəndaşları onlardır - Azərbaycan ikinci yerdədirTürkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı 2025-ci il üzrə beynəlxalq miqrasiya statistikası ölkəyə gələn və ölkədən gedən əhali ilə bağlı diqqətçəkən rəqəmləri ortaya qoyub. Məlumata görə, 2025-ci ildə Türkiyəyə köç edən xarici vətəndaşlar arasında ilk yeri Türkmənistan vətəndaşları tutub. Azərbaycan isə siyahıda ikinci sırada qərarlaşıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, statistikaya əsasən, 2025-ci ildə Türkiyəyə gələnlərin sayı əvvəlki illə müqayisədə 25,2 faiz artaraq 393 min 829 nəfərə çatıb.

Onlardan 91 min 952 nəfəri Türkiyə vətəndaşı, 301 min 877 nəfəri isə xarici ölkə vətəndaşları olub. Ölkəyə gələnlərin 56,6 faizini kişilər, 43,4 faizini isə qadınlar təşkil edib.

Eyni dövrdə Türkiyədən xaricə köç edənlərin sayı isə 5 faiz azalaraq 403 min 216 nəfər olub. Bu şəxslərin 155 min 119-u Türkiyə vətəndaşı, 248 min 97-si isə xarici ölkə vətəndaşıdır.

Miqrasiya prosesində ən fəal yaş qrupunu gənclər təşkil edib. Türkiyəyə gələnlər arasında ən böyük pay 20-24 yaş qrupunun olub. Bu yaş kateqoriyası ümumi miqrantların 16,3 faizini təşkil edib. Onları 25-29 yaş qrupu (13,7 faiz) və 30-34 yaş qrupu (11,5 faiz) izləyib.

Türkiyədən gedənlər arasında isə ən yüksək göstərici 25-29 yaş qrupunda qeydə alınıb. Bu yaş kateqoriyası ümumi miqrantların 14,3 faizini təşkil edib.

Məlumata görə, həm Türkiyəyə gələnlərin, həm də ölkədən gedənlərin ən çox üstünlük verdiyi şəhər İstanbul olub. Türkiyəyə gələnlərin 42,2 faizi İstanbulda məskunlaşıb. Sonrakı yerlərdə Antalya (9,1 faiz), Ankara (6,7 faiz), İzmir (3,1 faiz) və Bursa (2,9 faiz) qərarlaşıb.

Ölkədən köç edənlərin də ən böyük hissəsi İstanbulun payına düşüb. Bu göstərici 35,4 faiz təşkil edib. Ankara, Antalya, Mersin və İzmir də siyahının ilk sıralarında yer alıb.

Xarici vətəndaşların mənşə ölkələrinə görə bölgüsündə isə Türkmənistan vətəndaşları lider olub. 2025-ci ildə Türkiyəyə köç edən xaricilərin 23,4 faizini Türkmənistan vətəndaşları təşkil edib. İkinci yerdə 8,3 faizlə Azərbaycan, üçüncü yerdə isə 6,9 faizlə Özbəkistan qərarlaşıb. Siyahının davamında Misir və Əfqanıstan yer alıb.

Türkiyədən ayrılan xarici vətəndaşlar arasında isə ilk sırada İraq vətəndaşları olub. Onlar ümumi göstəricinin 15,7 faizini təşkil edib. Sonrakı yerlərdə Əfqanıstan, Rusiya, İran və Türkmənistan vətəndaşları qərarlaşıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6096   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021