Avropa ölkəsini nəhəng hörümçəklər "ələ keçirdi"
Lüksemburqu nəhəng Nosferatu hörümçəkləri "ələ keçirib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Luxembourg Times" nəşri məlumat verib.
Söhbət Aralıq dənizi növü olan "Zoropsis spinimana" hörümçəklərindən gedir ki, onlar qlobal istiləşmə səbəbindən 2000-ci illərdən bəri öz yaşayış areallarını aktiv şəkildə şimala doğru genişləndirirlər. İndi bu səkkiz santimetr uzunluğundakı buğumayaqlılar (artropodlar) tam şəkildə Avropadakı kiçik ölkə ərazisini fəth ediblər. İlk nümunə alimlər tərəfindən 2020-ci ildə Dyudelanj şəhəri ərazisində qeydə alınıb və o vaxtdan bəri onlar müntəzəm olaraq yerli sakinlərin fotokameralarının obyektivlərinə düşürlər. Kürəklərində "Nosferatu" filmindəki vampir qraf Orlokun siluetinə bənzəyən naxış olduğu üçün onlara bu ləqəb verilib.
Əksər "qohumlarından" fərqli olaraq, Nosferatu hörümçəkləri tor hörmürlər, gecələr aktiv şəkildə ova çıxırlar ki, bu səbəbdən də onlara tez-tez yaşayış binalarında rastlamaq mümkündür, ölçüləri və güclü xeliseraları (hörümçəkkimilər, qılıncquyruqlular və bəzi digər buğumayaqlıların baş hissəsində yerləşən, qidanı tutmaq və parçalamaq üçün istifadə olunan ilk ağız çıxıntıları cütü - red.) sayəsində isə əsl panikaya səbəb olurlar.
Lakin bioloq Aleksandr Vayqand əmin edir ki, onlardan qorxmaq lazım deyil, çünki arı sancması ilə müqayisə olunan dişləmələri insan üçün tamamilə təhlükəsizdir və şəxsən o, bundan zərər görmüş olan heç kimi tanımır.
Bununla belə, araxnoloqlar üçün bu "işğal" cənub növlərinin yeni şəraitə nə qədər tez uyğunlaşa bildiklərinin bariz nümunəsidir. Alimlər vurğulayırlar ki, hörümçəklərin Avropada aktiv şəkildə yayılması iqlim dəyişikliyinin birbaşa nəticəsidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama