"Azərbaycan-Fransa arasındakı dostluq münasibəti regionda sabitliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir" - DEPUTAT

"Azərbaycan-Fransa arasındakı dostluq münasibəti regionda sabitliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir" - DEPUTAT"Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur:

"Bu gün iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və qarşılıqlı etimada, ortaq tarixə, mədəni köklərə, dil və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətləri üzərində inkişaf edir.. Xüsusilə son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoq və imzalanan çoxsaylı sənədlər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun isə Azərbaycana səfərləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə vermişdir.

İki ölkə arasında 89 sənəddən ibarət möhkəm müqavilə-hüquq bazası formalaşdırılmışdır. Bu sənədlər arasında 2017-ci il avqustun 8-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" xüsusi əhəmiyyət daşıyır. Son dövrdə isə energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə, gömrük əməkdaşlığı, qida təhlükəsizliyi və xarici siyasət sahələrində yeni saziş və memorandumlar imzalanmışdır.

İqtisadi əməkdaşlıq Azərbaycan-Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə fəaliyyət göstərən Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Ticarət dövriyyəsinin dinamikası da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Xüsusilə ixracın dəfələrlə artması iqtisadi əlaqələrin genişlənməsinin göstəricisidir".

Deputat söyləyib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq tərəflər tərəfindən strateji əhəmiyyətli istiqamət kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkmənistan arasında formalaşan nəqliyyat marşrutları yalnız iki ölkə üçün deyil, həm də daha geniş Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyır:

"Şərq-Qərb və Orta Dəhliz layihələrinin inkişafı fonunda hər iki ölkə Avropa ilə Asiyanı birləşdirən etibarlı tranzit qovşaqları kimi çıxış edir. Energetika sahəsində əməkdaşlıq da münasibətlərin əsas sütunlarından biridir. Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan və Türkmənistan enerji təhlükəsizliyi, enerji resurslarının dünya bazarlarına çıxarılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Türkmənistan Məclisində də Azərbaycanla dostluq qrupu yaradılmışdır ki, bu da qanunve rici orqanlar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Mədəni-humanitar sahədə əlaqələr xüsusi yer tutur. Azərbaycan Mədəniyyəti Günlərinin Aşqabadda və Arkadağ şəhərində keçirilməsi, Türkmənistan mədəniyyət xadimlərinin Bakıda və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması bu yaxınlığın rəmzi ifadəsidir".

Deputat vurğulayıb ki, Türkmənistan Qarabağın bərpası prosesinə dəstək göstərən ölkələrdəndir:

"Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması qardaş ölkənin Azərbaycana səmimi münasibətinin və həmrəyliyinin növbəti nümunəsidir.
Azərbaycan həmçinin Türkmənistanın beynəlxalq təşəbbüslərini, xüsusilə neytrallıq siyasətini daim dəstəkləyir. Türkmənistan da öz növbəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına fəal dəstək vermişdir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaratmışdır.

Beləliklə, Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir. Tarixi dostluq və qardaşlıq üzərində qurulan bu münasibətlər regionda sabitliyin, qarşılıqlı rifahın və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 234   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılov xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunur. APA-ya istinadən xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayə

24 iyun
.

Böyük Qayıdış davam edir: Daha 58 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qaladərəsi, Xocalının Ballıca, Badara və Xanabad, Ağdərənin Çıldıran, Vəngli və Həsənri

25 iyun
.

Atasını öldürməkdə təqsirləndirilən oğulun məhkəməsində şahidlər nə deyiblər?

Bacısını və anasını döydüyü üçün atasını yeddi bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib. Şahid Sevinc Vəlizad

24 iyun
.

İndiyədək 501 nəfər qan verib, 225 litrdən çox qan toplanıb - FOTO

Saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nəticədə ümumilikdə qeyd olunan vaxta kimi 225.45 litr qan toplanıb. Bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub

25 iyun
.

"Fransanın ölkəmizə qarşı qərəzli mövqeyini qətiyyətlə pisləyir və rədd edirik" - DEPUTAT

"Fransa hər zaman qərəzli addımları və açıqlamaları ilə regiondakı mövcud sabitliyi pozmağa və sülh danışıqları prosesinə təsir göstərməyə çalışır". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cava

25 iyun
.

Azərbaycanda yeni akademiya yaradılır

Azərbaycan Qiymətləndiricilər Palatasının nəzdində yeni akademiya yaradılacaq". Bunu Qiymətləndiricilər Palatasının sədr müavini Ayan Qəmbərova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qısa zamanda akademiya fəaliyyətə başlayacaq:. "Burada qiymətləndirmə istiqamətində şəxslər hazırlanacaq"

24 iyun
.

İşə düzəltmək adı ilə 7724 manatlıq dələduzluq

Hərbi xidmətə işə düzəltmək adı ilə bir neçə nəfəri aldadaraq onlardan pul alan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmadığı halda tanışlarına onları hərbiçi kimi işə düzəldəcəyini vəd edib. O, bu yoll

24 iyun
.

"Arzum"un hökmü təxirə salındı

Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. -ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsəno

25 iyun
.

Fransada Ebolaya ilk yoluxma faktı qeydə alındı

Fransada Konqo Demokratik Respublikasından qayıdan həkimdə ilk Ebola qızdırmasına yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BFMTV nəşri məlumat yayıb. "Baş nazir vəziyyəti çox diqqətlə izləyir", - deyə Matinyon sarayından bildirilib. Xatırladaq ki, bu xəstəlik Afrika ölkələrind

24 iyun