"Arzum"un hökmü təxirə salındı
Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədikləri üçün məhkəmə təxirə salınıb.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan sonuncu prosesdə hökmün elan edilməsi gözlənilirdi.
Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəmədən tiktoker "Arzum"un 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs olunmaqla 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Onu da qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloqer "Arzum" barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 329 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zevs"in qardaşına hökm oxundu
Dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. "Unikal"a istinadən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən
24 iyunMərkəzi bank kredit götürmək qaydalarını dəyişir
Banklarda kredit risklərinin idarə edilməsi qaydalarında dəyişiklik edilib. Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, bank müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması il
25 iyunAtasını öldürməkdə təqsirləndirilən oğulun məhkəməsində şahidlər nə deyiblər?
Bacısını və anasını döydüyü üçün atasını yeddi bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib. Şahid Sevinc Vəlizad
24 iyunMacarıstanda gizli agentlərin kimliyi ifşa olunacaq
Macarıstanın yeni formalaşmış hökuməti ölkədə sosializm dönəmində fəaliyyət göstərmiş dövlət təhlükəsizlik xidməti agentlərinin məlumatlarının ictimailəşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib. "Bi
24 iyunEv heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
24 iyunVenesuelada dağıdıcı zəlzələ oldu
Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub. "Report"un məlumatına görə, daxili işlər naziri Diosdado Kabello bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib. "Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzəl
25 iyun"Maliyyə icarəsi haqqında" qanun 6 aydan sonra qüvvəyə minəcək
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, sənəd maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətini
25 iyun