"Bu gün Paris özünü obyektiv tərəf kimi deyil, Ermənistanın siyasi maraqlarının müdafiəçisi kimi aparır" - Bəhruz Quliyev
"Fransanın Azərbaycana qarşı qərəzli siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Fransa Xarici İşlər Nazirliyinin Milli Assambleya üzvlərinin suallarına cavab olaraq səsləndirdiyi fikirlər bir daha göstərir ki, Paris Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı deyil, əksinə, regionda öz geosiyasi maraqlarını həyata keçirmək üçün Ermənistanı alətə çevirmək siyasətini davam etdirir.Təəssüf doğuran hal ondan ibarətdir ki, Fransa 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında qalmasına, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, şəhər və kəndlərimizin dağıdılmasına, mədəni irsimizin məhv edilməsinə, yüz minlərlə mina basdırılmasına münasibətdə susqunluq nümayiş etdirdiyi halda, bu gün tamamilə fərqli və birtərəfli yanaşma sərgiləyir."
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyinin açıqlamalarında Ermənistanın məsuliyyəti və regionda yaratdığı fəlakətli nəticələr barədə bir kəlmə belə qeyd edilməməsi siyasi ikili standartların ən bariz nümunəsidir. İnsan hüquqları və beynəlxalq hüquqdan danışan Paris rəhbərliyi ilk növbədə işğal dövründə azərbaycanlıların fundamental hüquqlarının kobud şəkildə pozulmasına münasibət bildirməlidir.
Xüsusilə vurğulamaq lazımdır ki, Fransanın Ermənistanı silahlandırması, hərbi əməkdaşlığı genişləndirməsi və Avropa İttifaqının müşahidə missiyasını siyasi təzyiq vasitəsinə çevirmək cəhdləri regionda etimad mühitinə ciddi zərbə vurur. Bu addımlar Ermənistan daxilində revanşist qüvvələri ruhlandırır və sülh prosesinin irəliləməsinə mane olur.
"Hesab edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində tam bərpa edib. Bu reallığı qəbul etmək istəməyən bəzi dairələrin müxtəlif bəhanələrlə Azərbaycana təzyiq göstərmək cəhdləri nəticəsiz qalacaq. Fransa isə regionda vasitəçi və ya sülh tərəfdarı olmaq istəyirsə, ilk növbədə qərəzli mövqedən imtina etməli, beynəlxalq hüququ seçmə şəkildə deyil, bütün tərəflərə münasibətdə eyni prinsiplərlə tətbiq etməlidir.
Bu gün Fransanın davranışı onu göstərir ki, Paris özünü obyektiv tərəf kimi deyil, Ermənistanın siyasi maraqlarının müdafiəçisi kimi aparır. Belə yanaşma nə Fransa diplomatiyasının nüfuzuna, nə də Cənubi Qafqazda dayanıqlı sülhün formalaşmasına xidmət edir. Bu, yalnız Azərbaycana qarşı təxribat və qərəzin növbəti təzahürüdür."-deyə, B.Quliyev əlavə edib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?